Tacikistan Sovet Sosialist Respublikasının bayrağı, qırmızı rəngdəki bayrağın fonunda sağ yuxarı küncdə sarı rəngdə oraq və çəkic ilə qırmızı ulduz simvollarının və onlardan bir az aşağıda ağ, yaşıl və qırmızı zolaqların yerləşdirildiyi Tacikistan Sovet Sosialist Respublikasının rəsmi bayrağıdır. Bayraq 1/2 qırmızı, 1/5 ağ, 1/10 yaşıl və 1/5 qırmızı zolaqlardan ibarətdir. Bu zolaqlar respublikanın fars mədəniyyətini vurğulamaq üçün xüsusi ilə seçilmişdir.[1]
Tacikistan Sovet Sosialist Respublikasının bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadə edən(lər) | Tacikistan Sovet Sosialist Respublikası |
Qəbul edilib | 20 mart 1953 |
İmtina edilib | 9 sentyabr 1991 |
Proporsiya | 1:2 |
Dizayner | M. P. Şlıkov |
Vikianbarda əlaqəli mediafayllar |
Bayraq M. P. Şlıkov tərəfindən hazırlanmış və 20 mart 1953-cü ildə Tacikistan SSR-in Ali Soveti tərəfindən rəsmi olaraq Tacikistan SSR-in dövlət bayrağı kimi qəbul edilmişdir. Qırmızı rəng respublikanın ittifaqını və fəhlə inqilabının kommunist aspektini, ağ rəng Tacikistanın kənd təsərrüfatının əsasını təşkil edən pambıq istehsalını, yaşıl rəng isə digər kənd təsərrüfatı məhsullarını ifadə etmişdir.[1]
Tacikistan Oktyabr inqilabından sonra Buxara əmirliyinin tərkibində idi. İnqilabdan sonra Buxara Xalq Sovet Respublikasının tərkibinə daxil olmuş və sonradan muxtar respublikaya çevrilmişdir. Tacikistan SSR-in birinci bayrağı 1929-cu ildə hazırlanmış və sonradan müxtəlif dəyişikliklərə məruz qalmışdır;
1929 | İlk Tacikistan SSR bayrağı | Yuxarı sağ tərəfdə dövlət gerbi olan bayraq 1929-cu il fevral ayının 23-də qəbul edilmişdir. | |
Aprel 1929 - 24 fevral 1931 | İkinci Tacikistan SSR bayrağı | ||
24 fevral 1931-4 iyul 1935 | Üçüncü Tacikistan SSR bayrağı | Tacik əlifbasının latın hərfləri ilə “ç.i.ş.toç” yazılmışdır. | |
4 iyul 1935-26 may 1936 | Dördüncü Tacikistan SSR bayrağı | Latın hərfləri ilə “ÇSS Tocikiston” yazılmışdır. | |
26 may 1936-1938 | Beşinci Tacikistan SSR bayrağı | Tacik əlifbasının kiril hərfləri və latın hərfləri ilə yazılmış versiyalarında “ÇSS Tocikiston” yazısı oraq və çəkic fiquru ilə bərabər. | |
Altıncı Tacikistan SSR bayrağı | Latın hərfləri və kiril hərfləri ilə yazılmış “RSS Tocikiston”. | ||
28 sentyabr 1940-20 mart 1953 | Yeddinci Tacikistan SSR bayrağı | Yalnız kiril hərfləri ilə yazılmış "РСС Тажикстан" və rus dilində yazılmış "Таджикская ССР". | |
20 mart 1953-9 sentyabr 1991 | Səkkizinci Tacikistan SSR bayrağı | Qırmızı bayrağın üzərində sarı Oraq və çəkic və qırmızı ulduz simvolları, ondan bir az aşağıda isə ağ, yaşıl və qırmızı zolaqlar yerləşir. | |
Ən son Tacikistan SSR bayrağı | Bu, köhnə bayrağın çəkic və oraqsız versiyasıdır. 1991-ci ildə Sovet İttifaqındakı çevriliş cəhdindən sonra Tacikistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan etmişdir. |
Tacikistan 9 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra, keçmiş Tacikistan SSR-nin bayrağı 1992-ci ilin noyabr ayında yeni Tacikistan bayrağı qəbul edilənə qədər rəsmi olaraq istifadə olunmağa davam edilmişdir.[2] Tacikistan bayrağını dəyişdirən sonuncu sovet respublikasıdır.