Oraq və çəkic

Oraq və çəkic (Unicode: "☭") — kommunizmin simvolu. Oraq çəkicin üzərinə diaqonal olaraq qoyulmaqla əmələ gəlir. Bu iki simvol fermerləri və proletariatı simvollaşdırır. Ən məşhur forması, Sovet İttifaqının bayrağındakı oraq və çəkicin qızıl ulduzla birlikdə istifadə edildiyi formasıdır. Bundan əlavə, bir çox bayraq və emblemlərdə istifadə edilmişdir.

Oraq və çəkic

Unicode simvol standartında "oraq və çəkic" simvolunun kodu U+262D (☭)-dir.

SSRİ bayrağı
Qızıl Ordu papaqlarında istifadə edilən hərbi gerb

Oraq və çəkic simvolu Sovet İttifaqının yarandığı illərdə, 1917–1918-ci illərdə istifadə olunsa da, 1923-cü ildən rəsmi olaraq istifadə edilməyə başlandı. İlk simvollarda qılınc da var idi. Bu qılınc inqilabın arxasında duran üçüncü qüvvə olan əsgərləri təmsil etmək üçün qoyulmuşdu, lakin Vladimir Lenin bunun çox təhqiramiz bir görüntü olduğunu düşünərək, qılınc təsvirinin kommunist ənənəsinin bir hissəsi olmadığını və qılıncın emblemə daxil edilməməsinə qərar verildi. O zamankı Qızıl Ordunun forma və medallarında, papaqlarında və s. istifadə olunmuşdur.[1]

Oraq və çəkic Rusiya Sovet Federativ Sosialist Respublikasının gerbində də təsvir edilmişdir. Əvvəlcə yalnız Rusiya Sosialist Respublikasının hərbi gerbində və Qızıl Ordunun simvolu kimi (1918-ci ildə hazırlanmışdır) kəndlilərin və fəhlələrin dövlətin əsasını təşkil etdiyini bəyan etmək üçün istifadə edilmişdir. Daha sonra bu simvolun 1923-cü ildə Sovet İttifaqının bayrağında istifadə edilməyə başlamışdır. 1924-cü ildə Sovetlərin qurulması başa çatdıqdan sonra digər sosialist respublikalarının bayraqlarında da istifadə edilmişdir. Bundan əvvəl digər Sovet respublikaları üçün respublikaların adlarının sarı rəngdə yazıldığı qırmızı bayraq nəzərdə tutulmuşdu.

Komitə və Kominformu yaradan kommunist partiyaları da Çin və Sovet İttifaqının rəhbərliyi ilə bu simvollardan istifadə etməyə başladılar. Oraq və çəkic ideoloji əsasları təmsil etməkdəki uğurları ilə Çin ya da Sovetləri qəbul etməyən bəzi kommunist partiyaları tərəfindən də istifadə edilmiş, və emblem kommunizmin ümumi simvolu olmuşdur.

Yaradılış tarixində çəkic fəhlə və kəndli ittifaqının ənənəvi simvolu, oraq isə sənaye proletariatının ənənəvi simvolu olmuşdur. Oraq həm də kəndlilər üçün ənənəvi simvoldur. Lakin onun mənası tədricən marksizm-leninizm, marksist-leninist partiyalar və ya sosialist dövlətləri üçün qlobal səviyyədə tanınan simvola çevrildi.

Sovet İttifaqında çəkic və oraq zamanla cinsi məna qazanmağa başladı. Oraq qadınları, çəkic isə kişiləri təmsil edəcəkdi.[mənbə göstərin]

Digər bənzər simvollar

[redaktə | mənbəni redaktə et]
oraq, çəkic və yazı fırçası

Anqola bayrağı, ABŞ Kommunist Partiyasının bayrağı, İngiltərə nəqliyyat işçiləri birliyinin loqosu kimi bir çox yerdə oraq və çəkicdən törəmə olan emblemlərdən istifadə edilir.

Daha fərqli versiyalarda, oraq və çəkicdən başqa alətlərin bir araya gəlməsindən yaranan emblemlərdir.

  • Koreya fəhlə partiyasının bayrağı oraq, çəkic və yazı fırçasından ibarətdir.
  • Böyük Britaniyada Leyboristlər Partiyasının keçmiş simvolu bel, məşəl və oraq birləşməsidir.
  • Qazma və tüfəng Albaniya Sosialist Xalq Respublikasının simvolu olmuşdur.
  • Çəkic və pərgar Almaniya Demokratik Respublikasının simvolu olmuşdur.
  • Britaniya Kommunist Partiyası oraq və çəkic kimi göyərçin simvolundan istifadə edir. Bu simvol partiyanın dinc hərəkatlarla bağlılığına diqqət çəkir. 1988-ci ildə Mixal Boncza tərəfindən yaradılmışdır. Ümumiyyətlə, çəkic və oraq simvolu Britaniya Kommunist Partiyasının bütün nəşrlərində görünür. 1994-cü ildə keçirilən konfranslarda partiyanın rəsmi emblemi kimi göyərçin və çəkic simvolu vurğulansa da, bəzi üzvlər başqa simvollara üstünlük veriblər.
  • Trotskinin rəhbərliyi altında toplanan 4-cü İnternasionalın simvolu da oraq və çəkicin içərisinə qoyulmuş 4 rəqəmi ilə formalaşır.
  • Avstriyanın dövlət gerbində pəncələrində çəkic və oraq olan qartaldan istifadə olunur. Gerb kommunizmi simvolizə etməsə də, ölkənin əsas dinamikasına, fəhlə sinfinə, kəndlilərə və qartalın başındakı şəhər divarlarından düzəldilmiş tacla burjuaziyanın birliyinə işarə edir.

Bugünkü istifadə

[redaktə | mənbəni redaktə et]
Dnestryanı bayrağı
Aeroflotun hələ də istifadə edilən loqosu
  • Bu gün Dnestryanı bayrağında oraq, çəkic və qırmızı ulduz var.
  • Bu emblem hələ də dünyanın bir çox kommunist partiyalarının bayraqlarında istifadə olunur.
  • İki qanad arasında yerləşdirilən oraq və çəkic, sovet hava yolu şirkəti olan Aeroflotun emblemində istifadə olunur. Sovet İttifaqının dağılmasından sonra qurum eyni loqodan istifadə etməyə davam edir.
  • Oraq və çəkic Moskvadakı dəmir-polad zavodunun adıdır.
  • Oraq və çəkic həm də Moskvanın Kurski stansiyasından Qorki şəhərinə gedən dəmiryol xəttinin adıdır. Venezit Erofeyevin "Moskva-Petuşki" romanında xatırlanır.
  • 1992-ci ildə Rusiyada qurulan Nasional Sosialist Alman Fəhlə Partiyası bayrağı Nasist Partiyasının bayrağının üzərinə yerə qoyulmuş oraq və çəkicdən ibarətdir.
  • Köhnə Sovet respublikalarının dağılmasından sonra, istifadəsindən rəsmi olaraq imtina edilən oraq və çəkic fərqliliyindən başqa, Rusiyanın Bryansk vilayətinin bayrağında görmək mümkündür.
  1. "Orak-çekiç nereden geliyor?". haber.sol.org.tr (türk). Archived from the original on 2022-11-19. İstifadə tarixi: 30 sentyabr 2015.