Tacikistan Respublikasının Dövlət Gerbi Tacikistan SSR-nın dövlət gerbinin modifikasiya olunmuş variantıdır.
Tacikistan gerbi | |
---|---|
Detallar | |
Armiger | Tacikistan Respublikası |
Təsis edilib | 28 dekabr 1993 |
Təsdiq edilib | 28 dekabr 1993 |
Dayaq (heraldika) | Pambıq və buğda (milli bayraqla əhatə olunmuş formada) |
İlk variantı |
24.11.1992 - 28.12.1993 24.11.1992-28.12.1993 |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya inqilabı baş verməzdən əvvəl Tacikistanın da daxil olduğu Türküstan ərazisində yalnız bir emblemdən istifadə olunmuşdur. Tacikistan da daxil olmaqla region dövlətlərinin heç birinin özünə məxsus olan dövlət gerbi yox idi.
Ölkədə Sovet hökuməti təsis olunduqdan sonra isə 1992-ci ilə qədər digər bütün Sovet dövlətlərində oxşar olan dövlət gerbi mövcud olmuşdur.[1]
Müstəqil Tacikistanın ilk dövlət gerbi Tacikistanla mədəni əlaqələri olan tarixi Fars dövlətinin də rəmzi olmuş, üzərində "Şir və Günəş" simvolu olan emblem 1992-1993-cü illərdə qəbul edilmişdir. Hazırkı dövlət gerbi isə 1992-ci ilin sonunda hakimiyyətə gələn Emoməli Rəhmonun dövründə qəbul olunmuşdur.