Bayraq qırmızı, ağ və yaşıl üfüqi zolaqlardan ibarət üçrənglidir. Mərkəz hissədə ağ zolağın içərisində yuxarı hissəsi 7 kiçik qızılı sarı rəngli beşguşəli ulduzla əhatə olunmuş qızılı sarı rəngli tac yerləşir.
Qırmızı rəng millətin vəhdətini, qələbəni və günəşin doğmasını ifadə edir. Qırmızı rəng həm də keçmiş sovet dövründə[1][2] fəhlələri[2] və torpağı müdafiə etmək üçün canlarını fəda etmiş olan döyüşçüləri simvollaşdırır. Ağ rəng təmizliyi, mənəviyyatı, dağların qarını və buzunu, pambığı ifadə edir. [3][4][5] Yaşıl təbiətin səxavətini, bərəkətli dərələri, İslam dinini və Novruz bayramını simvollaşdırır.
Tacik adı xalq etimologiyasında farsca tâj sözü ilə əlaqəli olduğundan, tac simvolu Samaniləri və tacik xalqını simvollaşdırır. Fars mifologiyasında kamillik və xoşbəxtliyi ifadə edən yeddi rəqəminin əhəmiyyətinə görə Tacikistan bayrağında yeddi ulduz vardır.
↑cotton, traditionally the main export commodity of the economy of Tajikistan, accounted for 13% of Tajikistan's exports in 2012 (now the second most important export category, behind aluminum at 55%).