Tahir Əbdülzəliloviç Yuldaşov (Tahir Yuldaş, Məhəmməd Tahir Faruk; 2 oktyabr 1967, Nəməngan, Əndican vilayəti – 27 avqust 2009, Pakistan) — Özbəkistan İslam Hərəkatının rəhbəri.
Tahir Yuldaşov | |
---|---|
Tahir Əbdülzəliloviç Yuldaşov | |
Doğum tarixi | 2 oktyabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 27 avqust 2009 (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | dron hücumu |
Fəaliyyəti | siyasətçi, qazı, hərbi qulluqçu |
Tahir Əbdülzəliloviç Yuldaşov 2 oktyabr 1968-ci ildə Özbəkistanın Namangan vilayətində anadan olmuşdu. O, 1991-ci ildə «Ədalət uyuşması» adlı islamçı təşkilat yaradıb. O, ekstremist təmayüllü «İslam ləşkərləri» təşkilatının qurulmasında da yaxından iştirak edib, hərbiləşdirilmiş «Tövbə» qrupunun yaradıcılarından olub.
Əsl natiq keyfiyyətləriylə seçildiyi bildirilən islamçı ideoloq beş xarici dildə (ingilis, rus, fars, ərəb, urdu) dillərində sərbəst danışırmış. O, 1990-cı ilin ortalarından Özbəkistan prezidenti İslam Kərimovun rejiminə qarşı qatı müxalifətdə dayanıb. Üç qardaşı bu ölkədə həbs olunub. T. Yuldaşın başçılıq etdiyi Özbəkistan İslam Hərəkatı bir neçə terror aktında və dövlət çevrilişi cəhdində təqsirli bilinir. Qurumun əsas üzvləri Pakistanda sığınacaq tapıb.
Tahir Yuldaş 27 avqust 2009-cu ildə Pakistan Vəziristan əyalətində ABŞ hərbi qüvvələri mücahidlərə qarşı əməliyyatda aviasiyadan yaralanıb və raket atəşi nəticəsində öldürülüb.