Tahir Zülfüqarov Xıdır oğlu (d. 1930-cu ildə Xaçmaz rayonunun Nərəcan kəndi) — coğrafiya üzrə fəlsəfə doktoru.
Tahir Zülfüqarov | |
---|---|
Tahir Zülfüqarov Xıdır oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Nərəcan, Xaçmaz rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Xıdır Zülfüqarov |
Elmi adı | coğrafiya üzrə fəlsəfə doktoru |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
T.X.Zülfüqarov 1930-cu ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuşdur. 1951-ci ildə Quba şəhəri ikiillik müəllimlər institutunu coğrafiya-biologiya ixtisası üzrə qurtarmışdır. 1956-cı ildə isə ADU-nın geologiya-coğrafiya fakultəsini coğrafiya ixtisası üzrə bitirmışdır.[1]
Xəzər dənizinin, onun ayrı-ayrı akvatoriyalarının hidrometeorologiyasına dair 40-dan artıq elmi məqalənin müəllifidir. Ali məktəblərdə coğrafiyanın tədrisinə aid metodik proqramların müəllifi və elmi redaktoru olmuşdur. Azərbaycan Sovet ensiklopediyasının 10 cildliyində müəllif kimi iştirak etmişdir və 80-a qədər məqalənin müəllifidir. [2]