Tailandın kişilərdən ibarət milli basketbol komandası — Tailandı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Tailand Basketbol Assosiasiyası 1953-cü ildən FİBA-nın üzvüdür.[1].
Basketbol üzrə Tailandın kişilərdən ibarət yığma komandası üçün ilk böyük basketbol turniri 1954-cü ildə keçirilən Asiya yay oyunları olmuşdur. Komanda üçün bu oyunlar uğursuz olmuş, onlar qrupda 3 oyunun hamısında məğlub olaraq axırıncı, 8-ci yeri tutmuşdur.[2]. Komanda 1956-cı ildə Melburnda keçiriən Yay Olimpiya oyunlarında ilkin təsnifat qrup oyunlarının hamısında məğlub olmuş və 15-ci yeri tutmuşdur.[3].
1962-ci ildə komanda IV Asiya oyunlarında iştirak etmişdir. Bu turnir Tailand komandası üçün uğurlu olmuş. Tailand yığması 4-cü yeri tutmuşdur.[4]. Tailand yığması ilk dəfə 1963-cü ildə basketbol üzrə Asiya çempionatında iştirak etmiş və elə həmin il də qitə birinciliyində öz tarixinin ən yüksək uğuruna nail olmuş, 4-cü yeri tutmuşdur.[5]. Komanda turnirdə 11 oyundan 5-də qalib gəlmiş, 3-cü yer uğrunda matçda basketbol üzrə Cənubi Koreyanın kişilərdən ibarət komandasına 71:86 hesabı ilə məğlub olmuşdur.[6]. İki il sonra, 1965-ci ildə basketbol üzrə Asiya çempionatında əvvəlki nailiyyət təkrar olunmuş, Tailand basketbolçuları 3-cü yer uğrunda mübarizədə Cənubi Koreya komandasına məğlub olmuşdur.[7]. Ən yüksək nəticəyə komanda 1966-cı ildə Tailandda keçirilən Yay Asiya oyunlarında nail olmuş, 2-ci yeri tutmuşdur. Qrupda Tailand yığması basketbol üzrə Yaponiyanın kişilərdən ibarət basketbol komandasını məğlub etmiş, finalda isə İsrailin basketbol komandasına 42:90 hesabı ilə məğlub olmuşdur.[8].
|
|