Takayasu xəstəliyi (ing. Takayasuˋs dis.), nəbzin olmaması xəstəliyi (ing. pulseless disease), aorta qövsü sindromu – ən çox Asiya mənşəli 40 yaşa qədər qadınlarda olur. Yuxarı ətraf və döşqəfəsi damarları daha çox zədələnir. Qollarda asimmetrik arterial təzyiq (fərqi 10 mm-dən çox olur). Arterial nəbz azalır. Fasiləli axsama, subklavian arteriya və aorta üzərində küy, baş ağrıları, arterial hipertenziya, ürək və ağciyərlərin zədələnməsi, qızdırma, artralgiya və çəki itkisi. Qızıl standart angioqrafiyadır. Histoloji fokal panarteriit aşkar edilir.[3]
Takayasu xəstəliyi | |
---|---|
XBT-10-KM | M31.4 |
XBT-9-KM | 446.7[1][2] |
OMIM | 207600 |
DiseasesDB | 12879 |
MedlinePlus | 001250 |
MeSH | D013625 |
Vikianbarda əlaqəli mediafayllar |