Takiçi Nişiyama (西山太吉, Nişiyama Takiçi?, 10 sentyabr 1931[1], Şimonoseki, Yamaquçi prefekturası – 24 fevral 2023, Kitakyuşu, Fukuoka prefekturası) – Okinava adasının 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya qaytarılması zamanı tərəflər arasında imzalanmış gizli paktı tapıb yaydığı üçün həbs olunmuş Yaponiya jurnalisti.[2]
Takiçi Nişiyama | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1931[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 fevral 2023 (91 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | jurnalist |
Nişiyama 1933-cü ildə Yaponiyanın Yamaquçi prefekturasının Şimoneseki şəhərində doğulmuşdur. "Mainichi Shimbun" qəzetinin siyasi jurnalisti olan Nişiyama ABŞ və Yaponiya arasında imzalanmış gizli paktın varlığını Okinava adasının qaytarılmasından bir il öncə — 1971-ci ildə yazdığı qəzet məqaləsində bildirmişdi. O, dövlətin gizli sənədlərini əldə etmək üçün Xarici İşlər Nazirliyinin qadın işçisina yaxınlaşmış və aralarındakı intim münasibətlərdən istifadə etmişdir. Dövlətin gizli sənədlərini yaymaqla ittiham olunaraq 1972-ci ildə həbs olunmuşdur.[2]
Tokio Rayon Məhkəməsi 1974-cü ildə onun günahsız olduğunu bildirsə də, apellyasiya məhkəməsi bu hökmü rədd edərək onun barəsində qəti həbs qərarı çıxarmışdır. Nişiyamanın günahkar olması barədə son qərar 1978-ci ildə ali məhkəmə tərəfindən verilmişdir. Nişiyama qəzetdəki işindən 1974-cü ildə çıxmışdır. Qəzetdən çıxdıqdan sonra Fukuoka prefekturasının Kitakyuşu şəhərində qohumuna məxsus olan meyvə şirkətində işləmişdir.[2]
Okinava adasının Yaponiyaya qaytarılması barədə rəsmi sənədlərin 2000-ci illərdə ABŞ-də yayımlanmasından sonra Nişiyama hökumətə qarşı məhkəmə işi başlatmışdır. 2005-ci ildə Tokio Rayon Məhkəməsində baş tutmuş məhkəmə işində bu hadisənin onun jurnalistika karyerasına zərbə vurduğunu bildirmişdir. Ali məhkəmə 2008-ci ilin sentyabrında onun işini geri qaytarmışdır.[2]
2009-cu ildə Nişiyama və bir neçə şəxs ictimaiyyətin insident barədə məlumatlı olması üçün hökumətdən ikitərəfli paktlar haqqında bütün sənədlərin nəşr olunması tələb etmiş və Tokio Rayon Məhkəməsinə müraciət etmişdirlər. 2005-ci ildən sonra milli təhlükəsizlik və mətbuat azadlığı məsələlərinin aktivisti olmuşdur.[2]
Nişiyama yazıçılıqla məşğul olmuş, bir neçə kitab yazmışdır. 24 fevral 2023-cü ildə Fukuoka prefekturasının Kitakyuşu şəhərindəki qocalara qayğı evində ürək çatışmazlığı səbəbilə ölmüşdür.[2]
Toyoko Yamasakinin "Taleyin adamı" (Unmey no hito) romanının baş qəhrəmanı Takiçi Nişiyamaya əsaslanır.[2]