Talış kökyeyəni (lat. Dorcadion (Cribridorcadion) talyschense) — Sərtqanadlılar dəstəsinə uzunbığlar fəsiləsinə aid növ. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır.
Talış kökyeyəni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Talış kökyeyəni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Bədəni 13,5 – 18,5 mm uzunluqdadır. Ətrafları və bığcıqlar qaradır. Qanadüstlükləri üzərində açıq rəngli 2 tam zolaq vardır. Bel və tikiş zolaqları dar, çiyin və kənar zolaqları isə enlidir. Ön döş çılpaq və kobud punktirlidir.[1]
Azərbaycanın cənub-şərqi (Zuvand Dövlət Təbiət Yasaqlığı)
Taxıl bitkiləri ilə qarışıq kserofil bitkilərlə örtülmüş quru yamaclarda, az hallarda qumluqlarda, qumsal gilli və yüngül şoranlaşmış torpaqlarda yaşayırlar. Böcəklər apreldə müşahidə olunur və mayın axırı, iyunun əvvəlinə qədər yaşayır, taxılların kökləri ilə qidalanır və puplaşma torpaqda başa çatır. Pupları qışlayır. İldə bir nəsil verir. Böcəklər çəhrayı sığırçınlar tərəfindən yeyilir.[2]
1922-ci ildə A. V. Boqaçev tərəfindən Lənkəranda 3 fərd tutulmuşdur (AMEA Zoologiya institutunun kolleksiya fondunda saxlanılır). Son illərdə rast gəlinməmişdir.
Böcəyin yaşadığı ərazilər mal-qara tapdağına məruz qalır. Bu ərazilərin insanlar tərəfindən şumlanması, əkilib becərilməsi böcəyin arealının daralmasına səbəb olur.
Hirkan Milli Parkında qorunur.
Böcəyin yaşayış yerlərinə mal-qaranın buraxılması, bu ərazilərin əkin yeri kimi istifadə edilməsi qadağan edilməlidir. Böcəyin sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.