Talış qırqovulu

Talış qırqovulu (lat. Phasianus colchicus talischensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinin adi qırqovul növünə aid heyvan yarımnövü.

Talış qırqovulu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Yarımnöv:
Talış qırqovulu
Beynəlxalq elmi adı

Nadirdir.

Kritik vəziyyətdədir (CR). Xüsusi mühafizə tədbirləri görülməsə nəsli kəsilə bilər.

Quyruğu uzundur. Erkəyi çox parlaq rəngdədir və çinədanını örtən lələklərin ucu oyuqdur, onun rəngli haşiyəsi Zaqafqaziya qırqovuluna nisbətən dardır. Dişisi boz-şabalıdı rəngdə olub, üzərində tünd ləkələr vardır. Erkəyinin oxuması 5-6 aylıq ev xoruzunun banlamasını xatırladır.

XX əsrin 50-ci illərinə qədər Lənkəran ovalığında, Salyan düzənliyindəTalış dağlarının ətəklərində yayılması göstərilib. İndi isə yalnız Talış dağlarının orta və aşağı qurşaqlarında qalıb. Azərbaycandan kənarda bu yarımnövün yayıldığı ərazi İranın Xəzər sahili əyalətlərini əhatə edir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Taxıl sahələrinə və üzüm plantasiyalarına yaxın talalarla növbələşən keçilməz kolluqlarda yaşayır. Oturaqdır, gündüz fəal olur. Bir yaşında cinsiyyət yetişkənliyinə çatır. Poliqamdır. Aprel ayında cütlər əmələ gətirir. Yuvasında 9-21 yumurta olur, 21-24 gün kürt yatır. Mayın ikinci yarısında və iyunun əvvəllərində körpə cücələri müşahidə edilir. Həşərat, bitki toxumları, meyvə və giləmeyvə yeyir.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Azərbaycanın "Qırmızı Kitab"ına (1989) və Bern konvensiyasına daxildir. Yaşayış yerlərinin cüzi bir hissəsi Hirkan Milli ParkındaHirkan Dövlət Yasaqlığında yerləşir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Talışda Orandçayın aşağı axınında Orandçay-Lənkərançay Yasaqlığının yaradılması, Astaraçayın aşağı axınına həmsərhəd ərazilərdəki kolluqların təbii abidə edilməsi, süni şəraitdə çoxaldılıb yaşayış üçün səciyyəvi olan biotoplara reintroduksiyası, qanunsuz ovlanmasına qarşı ciddi mübarizə aparılması, yaşadığı biotopların ətrafında taxıl bitkilərinin əkininin genişləndirilməsi və kənd təsərrüfatı üçün yararlı olmayan sahələrdə çaytikanı, dərgil, böyürtkən kolluqlarının əkilməsi məsləhətdir.