Tale alleqoriyası

Tale alleqoriyası (ing. Allegory of Fortune) bəzən də La Fortuna adı ilə tanınan, 1658–1659-cu illərdə italyan barokko rəssamı Salvator Rosa tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Əsər ilk dəfə ictimayətə təqdim edildikdə böyük səs-küyə, müəllifin həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Əsər 200.7x133 sm ölçüyə malikdir. Rosa əsasən peyzaj rəsmləri ilə məşhur olsa da, mifologiya, cadugərlik, portret və satira janrlarında da əsərlər yaratmışdır.[2] 1978-ci ildən əsər Malibu, Kaliforniyadakı Getti muzeyində sərgilənir.

Tale alleqoriyası
Allegory of Fortune
Rəssam Salvator Rosa
Tarixi 1658
Üslubu barokko
Texnikası kətan, yağlı boya
Ölçüləri 2.007 mm × 1.330 mm
Materialı yağlı boya[d][1]
Saxlanıldığı yer Getti muzeyi
İnventar nömrəsi 78.PA.231[1]

Rosa əsəri, Papa məhkəməsini tənqid edən satirik "Biabiloniya" əsərini çəkdiyi dövrdə işləmişdir.[3][a] Sənət tənqidçisi Brayan Syuellin sözlərinə görə, satirik rəsm əsəri düzgün təfsir edilməyə bilməzdi.[3] Rosanın dostları əsəri gördükdən sonra[5] onu xəbərdar edərək, bu rəsmin ictimai təqdim edilməməsi gərəkdiyini bildirmiş və onu Papa VII Aleksandrın himayədarlığına satirik hücum kimi qiymətləndirmişdilər.[6] 1659-cu ildə rəsm əsəri Roma Panteonunda ictimayətə təqdim edilən əsər rəssamın həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Yalnız Papanın qardaşı Don Marko Çiginin işə qarışmasından sonra rəssam bağışlanmışdır.[5]

Sonda Rosa rəsmə izah verməyə məcbur olmuşdur; rəssam bunu "Manifesto" rubrikası çərçivəsində etmiş və sənət yazarı Ceyms Elmesin sözlərinə görə, "göstərmişdir ki, donuzlar kilsə işçiləri deyil, quşlar və yırtıcı heyvanlar isə İtaliyanı idarə edən despotlardır." [7]

Əsərin erkən variantı Rosa tərəfindən 1640-cı illərdə işlənmişdi. [8]

Tarixi qeyd edilməmiş kətan üzərində yağlı boya ilə işlənmiş rəsmin ölçüləri 200.7x133 sm-dir[9]; sol tərəfdə aşağıda yerləşdirilmiş "SR" inisialı isə müəllifin imazsıdır.[10] Əsərdə bəxt ilahəsi Fortunanın təsvir edilməsi səbəbiylə, bəzən rəsm "La Fortuna" da adlandırılır[11] və ilahənin hədiyyələrini ətrafındakı heyvanlara bəxş etməsi qeyd edilir. Ənənəvi olaraq Fortuna gözləri bağlı, onun hədiyyələri ilə dolu buynuz isə ağzı yuxarı qaldırılmış vəziyyətdə təsvir edilsə də, Rosa bu ənənəni dəyişərək, Fortunanı hədiyyələrini kimə verməsini görən şəkildə təsvir edir.[9]

Qiymətli daş-qaşlar, taclar, skipetr, qızıl sikkələr, mirvari və qızılgüllər, həmçinin üzüm salxımları və giləmeyvələr Fortunanın buynuzundan aşağıdakı heyvanların üzərinə tökülür.[12] Öz növbəsində, heyvanlar da incəsənətdə məlum olan işarələr və simvollara malikdir. Kardinala məxsus qırmızı və qızılı əba geyinmiş eşşək Roma Papasının simvolu olmaqla, burada müdriklik simvolu kimi təqdim edilən bayquşa kölgə salır. Rəsm müəllifin Papa himayədarlığını itirməsinə görə kədərlənməsini əks etdirir və buna görə də Rosa şəxsi simvollardan da istifadə etmişdir: Qızılgül Rosa adını ifadə edir; palitra kitabın üzərinə düşmüş, kitabda isə rəssamın inisialı yerləşdirilmişdir. Qızılgülü tapdalayan donuz da eyni anlamı ifadə edir.[9]

Sərgilənməsi və tanınması

[redaktə | mənbəni redaktə et]

1659-cu ildə sərgilənməsindən sonra əsər Karlo de Rossi tərəfindən alınmış, 1683-cü ildə Rossinin ölümündən sonra isə Antonio Vallorinin mülkiyyətinə keçmişdir. [10]

1727-ci ildə Vallori tərəfindən üçüncü Bofort qrafı Henri Skudamora[8] 600 skudiyə[13] satılan əsər, İtaliyadan İngiltərəyə gətirilmişdir. Həmin dövrdə Böyük turunu başa vuran qraf, Rosanın "Yupiterin xidməti" adlı başqa bir əsərini də əldə etmişdi.[14] Varislik vasitəsiylə əsər müxtəlif Bofort qraflarının əlinə keçmiş və nəhayət, 1957-ci ildə onuncu qraf tərəfindən Malboro qalereyasına satılmışdır.[10] Əsər Getti muzeyi tərəfindən 1971-ci ildə alınmışdır. Getti muzeyinin kolleksiyasına qatılana kimi əsər cəmi üç dəfə sərgilənmişdir: 21 may 1827-ci ildə Bristol İnstitutunda; 1859-cu ildə Britaniya İnstitutunda; və 1972-ci ildə Minneapolis Sənət İnstitutunda.

XXI əsrdə əsər "Quldurlar, Dəlilik və Magiya" sərgisi çərçivəsində 2010-cu ildə Londonun Dalic Rəsm Qalereyasında və 2010–2011-ci illərdə Texasdakı Kimbell Sənət Muzeyində sərgilənmişdir.[10]

  1. Babilonia Rosanın Romaya istinadən istifadə etdiyi termindir.[4]
  1. 1 2 http://www.getty.edu/art/collection/objects/670/salvator-rosa-allegory-of-fortune-italian-about-1658-1659/.
  2. "Rosa Art Competition". Dulwich Gallery. 19 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2015. (#invalid_param_val)
  3. 1 2 Sewell, Brian, "Exhibition of the week", The Evening Standard, 16 September 2010 – Questia Online Library vasitəsilə, (Subscription required (help))
  4. Fredericksen1991. səh. 543
  5. 1 2 Fredericksen, 1980. səh. 18
  6. Langdon, Helen. "Rosa, Salvator". Grove Art Online. Oxford University Press. İstifadə tarixi: 19 February 2015. (Subscription required (help)).
  7. Elmes, 1825. səh. 92
  8. 1 2 Roworth, 1975. səh. 663
  9. 1 2 3 "Allegory of Fortune, Salvator Rosa (Italian, 1615 - 1673)". Google Art Project. 19 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2015. (#invalid_param_val)
  10. 1 2 3 4 "Allegory of Fortune (Getty Museum)". The J. Paul Getty in Los Angeles. 19 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 February 2015. (#invalid_param_val)
  11. Viers, 2008. səh. 86
  12. Roworth, 1975. səh. 664
  13. Morgan, 1824. səh. 16
  14. Nicolson, 1957. səh. 416