Taleh Bağırov

Taleh Bağırov, Taleh Bağırzadə və ya Hacı Taleh (tam adı: Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal.

Taleh Bağırov
Doğum tarixi 23 iyun 1984(1984-06-23) (40 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ilahiyyatçı, siyasi fəal[d]

Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Evlidir, 4 oğlu var. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005–2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib.

Dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında "Hicab qadağasına yox!" aksiyasına qatıldığına görə həbs edilib. il yarıma yaxın məhbəsdə qaldıqdan 4 ay sonra yenidən həbs edilir.

O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub. Əyalətlərdə sonuncu belə moizəni Ağsu şəhərində şəxsi həyətlərin birində söyləyib. Həmin gün Ağsu polisinin ona şəhər məscidində moizə oxumağa imkan vermədiyi də söylənilir.

Sosial şəbəkələrdə və bəzi KİV-lərdə onun həbsinə səbəb kimi məscidlərdən birindəki və YoutTube-da yayılan moizəsi göstərilir. Hacı Tale həmin moizəsində vurğulayırdı ki, onu həbslə öz yolundan döndərmək olmaz. Onun bu sözləri də ayrıca diqqət çəkirdi.[mənbə göstərin]

26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs olunur.[1]

25 yanvar 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 il azadlıqdan məhrum edilib.[2]

  1. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun məlumatı" (az.)). mia.gov.az. 2015-11-26. 2015-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
  2. "Taleh Bağırov 20 il azadlıqdan məhrum edildi". 2019-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]