Taleh Kərimov (əsgər)

Taleh Saleh oğlu Həmidov (XX əsr, Şamaxı rayonu17 dekabr 2015, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Taleh Həmidov
Taleh Saleh oğlu Həmidov
Şəxsi məlumatlar
Doğum tarixi XX əsr
Doğum yeri
Vəfat tarixi 17 dekabr 2015(2015-12-17)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Ailənin yeganə övladı olan əsgər Taleh Həmidov 2015-ci ildə, dekabrın 17-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 18-i isə Taleh Həmidov doğulduğu Şamaxı rayonunun Qızmeydan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Həmidov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Taleh Həmidov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]