Şarl Moris de Taleyran-Periqor (fr. Charles Maurice de Talleyrand-Périgord; 2 fevral 1754[2][3] və ya 13 fevral 1754[4][5], Paris, Fransa krallığı[3] – 17 may 1839[4][2][…] və ya 1838, Paris, İyul monarxiyası[3]) — Fransa dövlət xadimi və diplomat, 1799-1807 və 1814-1815–ci illərdə Fransanın xarici işlər naziri, Vyana konqresinin iştirakçısı.
Şarl Moris de Taleyran-Periqor | |
---|---|
Charles Maurice de Talleyrand-Périgord | |
| |
Fransanın 1-ci Baş naziri | |
9 iyul 1815 – 26 sentyabr 1815 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Armand-Emmanuel Düplessi |
Fransanın 45, 47, 52, 55-ci xarici işlər naziri | |
9 iyul 1815 – 26 sentyabr 1815 | |
Baş nazir | özü |
Əvvəlki | Lui de Binyon |
Sonrakı | Armand-Emmanuel Düplessi |
13 may 1814 – 20 mart 1815 | |
Əvvəlki | Antuan-Rene Şarl Maturin |
Sonrakı | Arman-Avqustin Lui de Kalankur |
22 noyabr 1799 – 9 avqust 1807 | |
Əvvəlki | Karl Reynxard |
Sonrakı | Jan-Baptist de Nomper de Şampani |
15 iyul 1797 – 20 iyul 1799 | |
Əvvəlki | Şarl Delakrua |
Sonrakı | Karl Reynxard |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, katolik keşişi[d], yazıçı |
Atası | Şarl Daniel de Taleyran-Periqor |
Dini | Roma-Katolik kilsəsi[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Taleyran 2 fevral 1754-cü ildə Paris yaxınlığında mövcud olan Qaransyer küçəsi evdə dünyaya göz açmışdı. Bu küçə XV əsrdən mövcud idi. Onun ailəsi Fransanın məşhur zadəgan ailələrindən idi. Atası Şarl Daniel Şalenin knyazı, Periqorun qrafı De Bovil və Mareyin baronu idi. Anası isə krallıq dövrünün saray xanımlarından idi.
Şarl Morisi Sen-Sülpisdə balaca bir kilsədə xaç suyuna saldılar. Onun xaç atası əmisi Aleksandr Anjelik idi ki, gələcəkdə Parisin arxiyepiskopu olacaqdı. Kilsədən çixandan sonra uşaq dayəsi ilə birlikdə Sen Jaka göndərildi.
"Əğər mən uşaqlıq dövrümü necə kəçirdiyimi sizə danışsam, siz bunlara az təəccüblənərsiniz" –Taleyran ona çox yaxın olan qadınlardan birinə madam de Remyuza belə yazırdı. Bir dəfə dayəsi onu skafın üstünə qoyan zaman o yıxılmışdı və sağ ayağı ciddi xəsarət almışdı. Bu barədə valideynləri uzun sürə heç nə bilmədilər. Lazım olan müalicə edilmədi və nəticədə Şarl Moris ömrünün axırına kimi şikəst qaldı.
Onun böyük qardaşı erkən vəfat etmişdi, iki, körpəsi-Arşambo və Bozon ailənin öhdəsində qalmışdı. Taleyran onlara həsəd aparsa da, bunu heç vaxt büruzə vermirdi. 1758-ci ildə 4 yaşlı Taleyran dayəsi ilə birlikdə dilicanda(keçmişdə 4 təkərli minik arabası) Bordoya göndərildi. Valideynləri getmədi, çünki o zaman atası Almaniyada orduda xidmət edirdi anası isə saray vazifələrini icrası ilə məşğul idi. Gələcək diplamatın ilk səfəri 17 gün davam etdi. Daha sonra isə səyahət kiçək Şale şəhərinə idi.
Burada XV Lüdovikin dövründə görkəmli saray xadimi olmuş Kolberin nəvəsi Mariya Fransuaza yaşayırdı ki, bu da onun nənəsi idi. Onun artıq 72 yaşı vardı. Dayələr və mürəbbiyələr ona yetərincə qayğı göstərə bilmədiyi halda nənəsi onunla çox maraqlanır və onu çox səvirdi. İl yarım burada keçən müddət Taleyranın yaddaşında çox aydın qalmışdı. "Ailəmin ilk üzvü idi ki mənə çox incəliklə yanaşır və mənə sevilməyin xoşbətliyini bəxş edirdi-Taleyran sonradan nənəsi haqqında belə yazırdı. O burada olduğu müddətdə oxumağı və yazmağı öyrənmişdi. 1760-cı ilin sentyabrında o paytaxta qayıtdı lakin valideynlərinin yanına deyil birbaşa Arkur kollecinə. 1768-ci ildə 14 yaşlı gənc artiq milli zadəgan titulunu aldı. Kolleci bitirdikdən sonra işləmək lazım gəlirdi. Lakin onun çox seçimi yox idi. Hərbi karyeradan uzaqda idi. İdarəçilik sahəsində vazifəyə sahib olmaq üçün ailənin kifayət qədər pulu yox idi. Tək bir çıxış yolu qalırdı-din xadimliyi yaxud ruhanilik. Bu isə orta əsrlər zadəganları üçün çox da əlvərişli sayılmazdı. Kolleci qurtardığı il Şarl Moris valideynləri tərəfindən Reymsə, əmisinin yanına göndərildi. 1774-ci ildə Sen-Sulpis seminariyasına daxil oldu. Sonrada Taleyran yazırdı ki: "Mənim bütün gəncliyim elə bir peşəyə sərf olundu ki, mən onun üçün doğulmamışdım. "Onun ən böyük arzusu dövlət işləri və politik sferada fəaliyyət göstərmək və maliyyə naziri olmaq idi. Nazir olmaq şirin, əlçatmaz arzu idi, lakin seminariyada oxumaq real.4 illik təhsilini o 1778-ci ildə Sorbonda başa vurdu. İl yarımdan sonra din xadimi kimi fəaliyyətə başladı. Nəhayət, o pul qazanmağa başlayırdı.
1778-ci ildə gələcək diplomat qara sutanasını(katolik ruhanilərin cübbəsi) bənövşəyi yepiskop geyimi ilə əvəz etdi. 1780-ci ildən artıq onun dili ilə desək o kilsənin "maliyyə naziri"nə çevrilmişti. Bu isə ona dövlətin maliyyə işlərində və siyasi həyatında iştirak imkanı verirdi. Onun qonaq otağı tədricən o dövrün məşhur siyasi xadimlərinin gorüş yerinə çevrilirdi. Taleyran artıq inqilab ərəfəsində olan Fransanın siyasi əlaqələrində mühüm yer tuturdu. Gözəl xarici görünüşü və üslubu təhsili və ağlı ona Parisin ən valehedici kişisi simasını qazandırmışdı. 1783-cü ildə o Adelaidu de Flao ilə tanış oldu və onların münasibəti 9 il davam etdi. Onların Şarl Jozef adlı bir oğulları oldu. Və o Napoleonun məşhur adyutantlarından oldu.
Onun başlıca məqsədi ümumi ştatların ruhanilərin deputatı olmaq idi. 2 aprel 1789-cu ildə arzusuna çatdı və parisə göndərildi. Böyük Fransa inqilabına bir neçə ay qalırdı. Bastiliyanın alınmasi Taleyranı vahiməyə düşürdü. 10 oktyabr 1789-cu ildə Taleyran Müəssislər məclisində çıxış etdi. Bir neçə il bundan öncə kilsə mülkiyyətinin özəlləştirilməsini irəli sürürdü. 2 noyabr 1799-cu ildə bu barəde dekter qəbul olundu. Kilsə torpaqlarına 400 min livr qiymət qoyuldu və satışa çıxarıldı. Bu torpaqlar iri burjuaziyanın və varlı kənlilərin əlinə keçdi. Papa kilsəyə xəyanət edənləri qovdu, ancaq Taleyran bundan məyus olmadı. Onu küçələrdə alqışlayırdılar.
Kilsə torpaqlarının müsadirə edilməsi kralı təhlükə qarşısında qoydu. Təzliklə Taleyran ildə 18 min livr gəliri olan Sena departamentinde maliyyə idarəçiliyi vazifəsinə sahib oldu. Lakin o daha gəlirli bir sahə axdarırdı diplomatik karyera barədə düşünürdü. Artıq 1792-ci ilin yanvarında o Londona göndərildi ki, əgər Avropada monarxiyalar arasında müharibə başlansa bu məqamda İngiltərəni bitərəf olmağa razı etsin. Gərgin əmək sərf etməsinə baxmayaraq ingilislərin fransız səfirinə soyuq münasibətindən sonra iyulda o missiyasını tamamladı və Parisə qayıtdı. 1792-ci ilin yayında kral ailəsinin həbsə salınmasından sonra Taleyran İngiltərəyə qaçdı və daha sonra bir neçə il Amerikada yaşadı vəkommersiya ilə məşğul oldu. Tezliklə Fransa üçün vəziyyət dəyişdi. 1794-cü il 9 termidor çevrilişindən sonra hakimiyyətə yakobinlər gəldilər. 1796-cı ildə Taleyran vətəninə qayıtdı.
Fransanı direktoriya dövründə Pol Barras idarə edirdi. Taleyranın keçmiş dostu Jermena de Stal onu hökumətin tərkibinə daxil etməsi üçün Barrasdan xahiş etmişdi. Nəticədə Taleyran xarici işlər naziri oldu. O bu işində müvəffəqiyyət qazandı.
Fərasətli nazir gənc general Bonapartın potensialını görə bilirdi və onunla yaxınlaşmağa çalışırdı. 1799-cu ildə Taleyran 18 Brümer çevrilişinin böyük təşkilatçılarından biri oldu. Bonapart hakimiyyəti ələ keçirdikdən sonra dövlət vəzifələrinə özünə yaxın olan adamları təyin edirdi ki bunlar arasında Xarici İşlər naziri vəzifəsində Taleyran da var idi. Napoleon yaxşı başa düşürdü ki, məhz Taleyranın istedadı sayəsində Avropada qüvvələr nisbətini öz xeyrinə dəyişə bilər. O diplomatik oyunlarda çətin vəziyyətdən məharətlə çıxırdı.
Taleyran 1802-ci ildə evləndi. Onun həyat yoldaşı hindistanlı Katrin Noel Vorle idi. Lakin bu evlilik Taleyrana xoşbəxtlik gətirmədi və onlar ayrıldılar.
1804-cü ilin 18 mayında Senat Napoleon Bonapartı Fransanın İmperatoru elan etdi. Taleyran fransız ordusunun parlaq hərbi qələbələrinə sevinmirdi, çünki başa düşürdü ki, Napoleonun təkəbbürünün nə vaxtsa sonu gələcək.
1809-cü ildə Taleyranın həyatına Kurland Hersoqovinası Anna Şarlotta və onun qızı Doroteya daxil oldular. Onun sonuncu xanımı isə qardaşı Edmondun qızı oldu. Anna Şarlotta ilə onun əlaqəsi bir neçə il davam etdi. Anna Parisi tərk edən zaman Doroteyanın əri də Şimali İtaliyaya getdi. Bu zaman Taleyran ilə gənc qadın arasında yaxın əlaqələr quruldu ki, bu da knyazın ölümü ilə nəticələndi.
Napoleonun Rusiyaya yürüşü müvəffəqiyyətsizliklə nəticələndi. Antifransız koalisiyası başda I Aleksandr olmaqla Fransa ərazisinə soxuldular. I Aleksandr və Prussiya kralı Taleyranın görünüşünə gəldilər. Burada Taleyran onları inandırmağa çalışdı ki, Fransa taxt-tacını Burbonlara həvalə etmək lazımdır və bilirdi ki, bütün Fransa köhnə nəslin hakimiyyətə qayıtmasını arzulayır.
Taleyran məqsədinə çatdı. 3 mayda yeni kral XVIII Lüdovik paytaxta gəldi. Onun dövründə knyaz yenidən Xaric işlər naziri oldu və Napoleondan aldığı bütün titulları saxladı. Lakin vəziyyət onun üçün getdikcə çətinləşirdi. Çünki emiqrantların əksəriyyəti və kralın özü də Taleyrandan qorxur və ona etibar etmirdi.
1814-cü ilin yayında məhz Taleyran Fransanın rəsmi təmsilçisi simasında Vyana konqresinə göndərildi. Burada postnapoleon Avropasının taleyi həll olunurdu. Knyaz konqresə yeni bir konsepsiya ilə gəlmişdi ki, bunun da əsasında legitizm (inqilabın devirmiş olduğu padşah sülaləsinə tərəfdar olan monarxist cərəyan) ideyaları dururdu. Fransanın başlıca məqsədi 1792-ci il sərhədlərini saxlamaqdan ibarət idi. Taleyran çevik və inamlı davrandı. İngiltərə, Avstriya, Rusiya və Prussiyanın da daxil olduğu dördlər ittifaqını yaratmağa nail oldu. 1815-ci ilin 9 iyununda o artıq Vyana konqresinin qərarlarını imzaladı, artıq 25 iyunda o Parisdə idi. İngiltərə Rusiya və Prussiyanın yardımı ilə knyaz hökumətin başçısı xarici işlər üzrə katib oldu və 2 ay yarım bu vəzifədə qaldı. Bu müddət ərzində Taleyran arxivindən Napoleonun xarici işlər nazirlərinə yazılan və 832 sənəddən ibarət olan məktublarını tapmağı bacardı. Bunların 73-ü isə imperator tərəfindən yazılmışdı. Bu sənədlər 500 min franka Avstriyadan alınmışdı. Bu barədə 1933-cü ildə "Revyu de Paris" jurnalında Taleyran və Metternixin yazışmaları kimi məlumat verilirdi.
Taleyran yaxşı başa düşürdü ki, feodal çəkişmələri davam etdiyi bir vaxtda Burbonların siyasəti uzun müddət davam edə bilməz. 1830-cu ildə inqilab ərəfəsində knyaz Orlean hersoqu Lui-Flipp ilə əlaqələr yaratmışdı. Hersoq artıq Fransa taxt-tacına iddia edirdi və təbii ki, fransız xalqı X Karl Burbonu taxtdan uzaqlaşdıranda onu "bankirlər kralı" Lui-Flipp əvəz etdi. Məhz Taleyran onun kral kimi digər dövlətlər tərəfindən tanınmasına nail oldu.
1834-cü ildə knyaz krala istefa ərizəsinə göndərdi. Ərizə qəbul edildi və Taleyran bir müddət Valansdakı sarayında yaşadı. Ölümünə az qala o Parisə qayıtdı və doğulduğu evi, xaç suyuna salındığı kilsəni, oxuduğu kolleci və yadında qalan hər yeri gəzdi. Ölümünün yaxınlaşdığını hiss edən Taleyran qardaşı oğlunun təkidi ilə kilsə ilə barışdı, papa XVI Qriqoriyə məktub yazdı. Belə deyirdilər ki "o bütün həyatı boyunca kilsəni, ölümündən əvvəl isə şeytanı aldatdı" 17 may 1838-ci ildə şarl Moris 84 yaşında vəfat etdi. Ölümündən əvvəl o yazırdı ki, "Mən Direktoriyadan bu günədək olan bütün rejimlərə xidmət etdiyim üçün əsla özümü təqsirləndirməyəcəyəm!"