Talip Özkan

Talip Özkan — Türk aşığı

Talip Özkan
Doğum tarixi
Doğum yeri Yatağan
Vəfat tarixi
Vəfat yeri İzmir, Türkiyə Türkiyə
Vəfat səbəbi ağciyər xərçəngi
Fəaliyyəti Aşıq

1939-cu ildə Türkiyənin Dənizli adlanan kiçik qəsəbəsində, İzmir yaxınlığında anadan olub. O, lap kiçik yaşlarından incəsənətə böyük maraq göstərmiş və yaşına uyğun olmayan uğurlar qazanmışdır. Körpəliyindən türk xalq musiqisinin ən çox işlənən aləti olan uzunqol sazda çalmağı öyrənib.

1958-ci ildən Talip Özkan Ankarada Türkiyə radiosunda işləyib. Əvvəlcə xorist, sonra alətçi, solist musiqiçi, daha sonra isə baş xorist və musiqişünas vəzifələrində çalışıb. Qeyri-adi musiqi qabiliyyətinə malik olan bu adam türk musiqisinin mənşəyi ilə maraqlanıb.

1977-ci ildən Fransada yaşamaq qərarına gəlir və ilk anlardan burada çoxlarını öz biliyi ilə təəccübləndirir və improvizasiyalarının dərinliyi ilə məftun edir. O, getdikcə tanınır və müxtəlif sazlarda məharətli ifasının ilk valı yaranır. O, Lil, Florensiya, Renn, Tabarka, Brüssel şəhərlərində keçirilən festivallarda iştirak edib. 1980-ci ildə Fransa radiosu çün "Okora" firmasında ilk valını yazdırır və bu val böyük müvəffəqiyyət qazanır, satış kataloqunun əl-əl gəzən vallarından olur. 1981-ci ilin mayında o, Əlcəzairdə kollekvumda iştirak etmişdir.

  • Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 80.