Tallin Universiteti (est. Tallinna Ülikool – TLÜ) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir.
Tallin Universiteti | |
---|---|
Əsası qoyulub | 18 mart 2005 |
Tip | dövlət universiteti |
Rektor | Tiyt Land |
Tələbə sayı | 10,016 (2014) |
Müəllim sayı | 1,200 |
Şəhər | Tallin |
Ölkə | |
Ünvan | Estoniya, Tallin, Narva mnt 25, 10120 Tallinn |
Sayt |
tlu.ee tlu.ee/en/ru tlu.ee/en |
Vikianbarda əlaqəli mediafayllar |
Tallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılmışdır. Həmin qurumlar bunlar idi:
Hazırda ölkənin ən sürətli böyüyən universiteti olmaqla sosial elmlər və bəşəri elmlərdə yüksək, fənn və təbiət elmlərində isə sürətlə inkişaf edən ali məktəbdir.
Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən milli kitabxana statusu daşımışdır. Əsas kitabxanası 2005-ci ildən – Tallin Universitetinin yaradılmasından sonra belə adlanır: Tallin Universitetinin Akademik Kitabxanası[2].
Kitabxana fondu 2,5 milyon nüsxədən ibarətdir. Ən qədim kolleksiyası XVI əsrə aiddir.
Tallin Universitetinin əsas kampus binalarına latınca adlar verilmişdir[3]:
Universitetin ilk rektoru Mati Heydmets olmuşdur. 2011-ci ilin fevral ayında bu vəzifəyə Tiyt Land seçilmişdir.