Putorana Dövlət Təbiət Qoruğu — Putorana platosu daxilində, Orta Sibir yaylasında Taymır yarımadasının cənubunda yerləşir. Qoruğun ərazisi 1 887 251 ha-dır ki, bununda 1 773 300 ha[1] ərazisi qorunandır.
Putorana qoruğu | |
---|---|
rus. Путоранский заповедник | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 1887000 ha |
Yaradılma tarixi | 20 dekabr 1988 |
Yerləşməsi | |
68°52′34″ şm. e. 94°48′36″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
platoputorana.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 1234 ing. • rus. • fr. |
Qoruq 15 dekabr 1988-ci ildə təsis edilmişdir. Qoruğun cəmi 28 işçisi vardır. İnzibati cəhətdən qoruq Norilsk (Krasnoyarsk diyarı)[2] ərazisində yerləşir. 30 mart 2013-cü ildə Böyük Arktika qoruğu ilə birlikdə «Taymır qoruğu» ilə birləşmişdir[3].
Qoruğun yaradılmasında əsas hədəflər:
Qoruğun ərazisi 2010-cu ilin avqust ayında YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir[4]. Bu qərarın verilməsinə səbəb bu ərazidə subantarktik və arktik qurşağın toqquşduğu yerdə Tayqa, Meşətundra və Arktik səhralar bir-biri ilə kəsişir. Üstəlik zəngin çay və göl şəbəkəsinə malikdir. Burada dünyada ən böyük Şimal maralı sürülərinin olması digər diqqəti cəlb edən xüsusiyyətdir.