Tam məşğulluq

Tam məşğulluq (ing. full employment) — friksionstruktur işsizliyin olduğu, lakin dövri işsizliyin olmadığı, iqtisadiyyatın əmtəə və xidmətlərin istehsalı üçün bütün mövcud və münasib resurslardan istifadə etdiyi məşğulluq səviyyəsi; real xalis milli məhsulun (XMM) potensial XMM-a bərabər olduğu vəziyyət.

Tam məşğulluq (makroiqtisadiyyat nöqteyi-nəzərindən) — ölkənin bütün iqtisadi resurslarının və ilk növbədə işçi qüvvəsinin tam istifadə olunduğu bir vəziyyətdir.[1] Keynsdən bəri hökumətlər ümumiyyətlə tam məşğulluğu öz iqtisadi siyasətlərinin son məqsədi kimi görürlər. Belə bir vəziyyətin real həyatda, hətta əmək bazarında tələbin təklifdən əhəmiyyətli dərəcədə artıq olduğu şəraitdə də yarana biləcəyi ehtimalı kifayət qədər aşağıdır. Tam məşğulluq işsizliyin virtual yoxluğunu nəzərdə tutur. Tam məşğulluq şəraitində və bütün iqtisadi resurslardan tam istifadə edildikdə, eləcə də milli iqtisadiyyata təsir edən bütün mənfi amillər olmadıqda faktiki ÜDM potensial ÜDM-ə bərabər ola bilər.

  1. Блэк Дж. Экономика. Толковый словарь. М.: ИНФРА-М, Весь Мир. 2000. ISBN 5-16-000-104-2.