Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Qazırqan sözü də türk və altay xalq inancında və mifologiyasında cəhənnəm çuxuru mənasında istifadə edilər. Pis ruhların doğruluğa gəlməsi üçün, keçici bir müddət qaldığı atəş çökəkliyidir. Çuxur mənası daşıyır.
(Tam/Dam) kökündən törəmişdir. Bağlı yer deməkdir. Qaranlıq mənası vardır. Sanskritcə (Köhnə hind) Tamas (qaranlıq) sözü ilə də əlaqəli olduğu deyilər. Monqolca və tungusca Tama sözü toplanmaq mənaları ehtiva edir. Türkcədə Tam kökü yandırmaq mənası da daşıyır.