Tamara Əhmədova

Tamara Əhmədova (27 dekabr 1924, Ağdaş — 24 fevral 2012, Bakı) — pedaqoji elmlər namizədi (1954), dosent (1961).

Tamara Əhmədova
Əhmədova Tamara Rəsul qızı
Doğum tarixi
Doğum yeri Ağdaş, Azərbaycan SSR, ZSFSR
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Ağdaş, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcələri pedaqoji elmlər namizədi (1954), dosent (1961)
Elmi adı dosent (1961)
Tanınmış yetirmələri Fəxrəddin Yadigar oğlu Veysəlli — filologiya elmləri doktoru, professor.
Mükafatları "Xalq maarifi əlaçısı" döş nişanı (1971), "Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhmədova Tamara Rəsul qızı 27 dekabr 1924-cü ildə Ağdaş şəhərində anadan olub.

1947-ci ildə V. İ. Lenin ad. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki APU) bitirib.

1947-ci ildən V. İ. Lenin ad. ADPİ-də alman dili müəllimi işləyib.

1954-cü ildə Moskvada namizədlik dissertasiyası müdafiə edib.

1954-cü ildən V. İ. Lenin ad. APİ xarici dillər kafedrasında alman dili müəllimi.

1961-ci ildən dosent, xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, 1971-ci ildən isə dosenti olmuşdur.

Maarif Nazirliyi yanında Elmi-Metodik Şuraya 10 ildən çox rəbərlik etmişdir. Eyni vaxtda orada alman dili üzrə metodist-inspektor işləmişdir.

1994-cü ildən qəbul komissiyası yanında ekspert və seminar rəhbəridir.

50-dən çox elmi-praktik məqalənin, proqram və vəsaitlərin müəllifi, azərbaycandilli ümumtəhsil məktəbləri üçün alman dili üzrə bir çox dərsliklərin müəllifi və redaktorudur. "Məktəblinin almanca-azərbaycanca lüğəti"nin rəhbəri və redaktorudur (2001).

"Xalq maarifi əlaçısı" döş nişanı (1971), "Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif edilmişdir.

Üç övladı var. Azərbaycan, rus, alman, ingilis dillərini bilib.

24 fevral 2012-ci il tarixində vəfat etmişdir.

Əhmədova Tamara Rəsul qızı
  • Alman dili. 5-ci sinif üçün. Əhmədova T., Zeynalova İ.. Nəşriyyat: Maarif, Bakı, 1965. Səhifə: 178. Dil: . Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika Bakı Dövlət Universiteti . Kod: Ş 143.24 43 (Ə96).
  • Alman dili. 7-ci sinif üçün. Əhmədova T., Pepinova S., Səmədzadə Ə. Abutalıbova L.. Nəşriyyat: Maarif, Bakı, 1964. Səhifə: 0. Dil: . Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika Bakı Dövlət Universiteti . Kod: Ş 143.24 43 (Ə96).
  • Alman dili. 7-ci sinif üçün. Əhmədova T., Pepinova S., Səmədzadə Ə.. Nəşriyyat: Maarif, Bakı, 1965. Səhifə: 152. Dil: . Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika Bakı Dövlət Universiteti . Kod: Ş 143.24 43 (Ə96).
  • Alman dilində imla və ifadələr məcmuəsi. Əhmədova Tamara. Nəşriyyat: Maarif, Bakı, 1967. Səhifə: 88. Dil: . Mövzu: Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat. Dil. Ritorika Bakı Dövlət Universiteti . Kod: Ş 143.24 43 (Ə96).
  • Əhmədova T. R. Deutsch.-B.: Maarif, 1991.-176 s.; 20 sm. — ISBN 5-556-00415-3.-50 q., 3500 nüs.-(91–213)
  • "Azərbaycan Qadınları" Ensiklopediyasınnan 3-cü hissəsi. XXİ ƏSR "Azərbaycan Qadınları" hissə 3 © "Мир Женщины" — 2003 Bakı, Azərbaycan.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]