Tamara xanım Xoyskaya (1902, Rusiya imperiyası – 1990, Bakı) — Azərbaycanın birinci xanımı, Mirzə Davud Hüseynovun həyat yoldaşı.
Tamara xanım Xoyskaya | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 1990 |
Vəfat yeri | |
Atası | Fətəli xan Xoyski |
Həyat yoldaşı | |
Dini | islam |
Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyski 1920-ci ilin iyun ayında Tiflisdə erməni terrorçularının əli ilə qətlə yetiriləndə ailənin böyük övladı, 18 yaşlı Tamara Xoyskaya nəyin bahasına olursa olsun özünü atasının dəfn mərasiminə çatdırmaq istəmişdi.[1] O zaman Gürcüstan hələ sovetləşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutmuşdu. Azərbaycan Hərbi-İnqilab Komitəsi sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşmüşdü.[1]
Mirzə Davud Hüseynov isə bir müddət sonra Tamara Xoyskaya ilə evlənmişdi.[1] Mirzə Davud Tamara Xoyskaya ilə qanuni nikaha girmiş və 17 il birlikdə yaşamışdılar. Hər ikisini Moskvada eyni gündə həbs etmiş, hətta eyni "voronkada" həbsxanaya aparılmışdılar. Mirzə Davud ölümə, Tamara xanım sürgünə yollanmışdı.[1]
Həyatının neçə ili məhbəs və sürgünlərdən keçən Tamara Xoyskaya isə 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı bir otaqlı mənzildə dünyadan köçmüşdü.[1]