Tamilla Məmmədzadə (tam adı:Məmmədzadə Tamilla Məmmədağa qızı) — Azərbaycan bəstəkarı
Tamilla Məmmədzadə | |
---|---|
Tamilla Məmmədağa qızı Məmmədzadə | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | Həyatına qəsd |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Tamilla Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə Bakı şəhərində anadan olub. Səkkiz aylıq olanda atası Sibirə ordan isə İrana sürgün olunur. İranda Məmmədağa ikinci dəfə bir fars qadını ilə ailə qurur.[1] 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir.[2]
1981-ci ildə oğlu Çingiz Zeynalov dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar.Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Qətli törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə hökmü icra olunur.[3]
“Ağarma, saçım!”, “Ana”, “Arzuya bax, sevgilim!”, “Bənövşələr qoxuyanda”, “Bir xəbər ver, külək!”, “Dostlar olmasa”, “Həsrətim mənim”, “Neçin gəlməz?”, “Yaşa, ürəyim!” kimi məşhur mahnıların bəstəkarı olub.[4] Ömrünün son illərində Cavad xana həsr olunmuş “Türk oğlu” baletini yazıb bitirsə də səhnəyə qoyulması arzusunu reallaşdıra bilməyib.