Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 5 saat əvvəl Redivy (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. (sentyabr 2022) |
Tamilla Şəfəq (Ağayeva Tamilla Sultan qızı) - Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim, şair, nasir, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Türk Dövlətləri Oftalmoloji Dərnəyinin Azərbaycan üzrə təmsilçisi (2001), MDB Oftolmologiya Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
Tamilla Şəfəq | |
---|---|
Ağayeva Tamilla Sultan qızı | |
Doğum tarixi | 26 dekabr 1940 (83 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | şair, həkim, yazıçı, publisist |
Fəaliyyət illəri | 1965-ci ildən |
Mükafatları | "İbn-Sina", "Cəsarətli qələm" diplomları |
26 dekabr 1940-cı ildə Bakı şəhərində anadan olub. Şuşa şəhərində ibtidai təhsil aldıqdan sonra, Gəncə şəhərində orta məktəbi bitirib. Sonra Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində təhsil alıb (1957 - 1963). Ali məktəbi bitirdikdən sonra Gəncədə 3 saylı uşaq məsləhətxanasında sahə həkimi işləyib.
1965-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə ixtisaslaşma keçmişdir. 1966 - 1968-ci illərdə Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturanı bitirib. 1969-cu ildə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda aspiranturaya daxil olub, 1972-ci ildə aspiranturanı bitirdikdən sonra institutda əvvəlcə kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsində işləyib. 1995-ci ildən tibb elmləri üzrə fəlsəfə doktoru, aparıcı elmi işçidir.[1]
Diabetlik retinopatiyada gözün hemodinamik dəyişikliklərinin öyrənilməsi mövzusunda namizədlik dissertasiyasını (1989) müdafiə edib. Kataraktanın patogenezi və müalicəsi haqda yeni konsepsiya adlı doktorluq dissertasiyası uğurla başa çatdırıb. 2001-ci ildən Türk Dövlətləri Oftalmoloji Dərnəyinin Azərbaycan üzrə təmsilçisidir. MDB Oftolmologiya Assosiasiyasının İdarə Heyətinin üzvüdür. O, dəfələrlə beynəlxalq elmi konfranslarda Azərbaycanı uğurla təmsil etmişdir.
Kiçik yaşlarından bədii yaradıcılıqla məşğul olmuşdur. İlk şeiri 1956-cı ildə dərc edilmişdir. Şeirləri, hekayələri, məqalələri ilə dövri mətbuatda çıxış edir. Nur payı şeirlər toplusu (1998), Günəşi verin mənə (2006) kitabı kütləvi tirajla çap olunub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2016-cı ildə Həkim-yazarların ilk poetik toplusu olan "HƏKİMLƏRİN SÖZ DÜNYASI"http://kitabxana.net/?oper=readBook&id=2566 kitabındakı şeirlərinə görə "İBN-SİNA" və "CƏSARƏTLİ QƏLƏM" diplomlarına layiq görülüb.