Tamilla Xavərən qızı Həsənova — Azərbaycan alimi.
Tamilla Həsənova | |
---|---|
Həsənova Tamilla Xavərən qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | riyaziyyatçı, universitet müəllimi[d] |
[email protected] |
Tamilla Həsənova 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.1976-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.
1991- f-r.e.n. “Исследование некоторых линейных операторов в весовыхпространствах целых функций многих переменных”
1992- dosent Riyazi analiz ixtisası üzrə
1970-ci ildə Biləcəri qəsəbəsi Kənd sovetində kargüzarlıq vəzifəsində çalışmışdır.
Daha sonra BDU “Diferensial və inteqral tənliklər” kafedrasında metodist işləyib.
1973- cü ildən h/h kimi AMEA RMİ baş laborant, böy.e.i,
1981-ci ildən isə elmi katib vəzifəsində çalışır.
Elmi rütbəsi- dosent
ixtisasın adı- Riyazi analiz
Namizədlik dissertasiyasının mövzusu:
Исследование некоторых линейных операторов в весовых пространствах целых функций многих переменных
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 60
xaricdə çıxmış elmi əsərlərinin sayı- 18
Əsas elmi nailiyyətləri-Funksiyalar nəzəriyyəsi sahəsinin mütəxəssisidir. Çoxdəyişənli funksiyaların çəkili fəzalarında funksiyanın indikator diaqramı terminində Bernşteyn və Nikolski tipli çəkili bərabərsizliklər təyin etmişdir. Ümumiləşmiş çoxhədlilərdə analitik funksiyaların yaxınlaşmasını öyrənmişdir.
Bir çox beynəlxalq və respublika konfranslarda iştirak edib. (Rusiya, Ukrayna, Türkiyə, İran, Gürcüstan,Qazaxıstan).
Tamilla Həsənova funksiyalar nəzəriyyəsi sahəsinin mütəxəssisidir. O, çoxdəyişənli funksiyaların çəkili fəzalarında funksiyanın indikator diaqramı terminində Bernşteyn və Nikolski tipli çəkili bərabərsizliklər təyin etmişdir. Ümumiləşmiş çoxhədlilərdə analitik funksiyaların yaxınlaşmasını öyrənmişdir.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü- AMEA RMİ Əsərləri jurnalının redaksiya heyətinin üzvüdür
Digər fəaliyyəti- Azərbaycan Riyaziyyat Cəmiyyətinin elmi katibi, doktorluq dissertasiya şurasının elmi katibi,“Abstracts of Mathematics: selected topics” (F.Q.Maqsudov, R.Sədirxanov, T.S.Hacıyev 1991 317 s.) adlı kitabın texniki redaktorudur.
Təltif və mükafatları- 2002- AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub
2005- Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib
Əsas iş yeri və ünvanı- AMEA Riyaziyyat və Mexanika İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9