Tammisaari düşərgəsi Finlandiyanın Ekenyas, Draqsvik bölgələrindəki həbs düşərgəsi və həbsxanadır. Bura 1918-ci il Finlandiya vətəndaş müharibəsində Ağlar tərəfindən tutulan Qırmızılar üçün tikilmişdir. Həbs düşərgəsi 1918-ci ilin mayından tutulan Qırmızıların əksəriyyətinin şərti olaraq sərbəst buraxıldığı 15 sentyabr 1918-ci ilə qədər fəaliyyət göstərmişdir. Tammisaari düşərgəsi daha sonra məhkum Qırmızılar üçün məcburi əmək düşərgəsinə çevrildi və daha sonra, 1920-ci illərin əvvəllərində siyasi məhbuslar üçün yenidən quruldu. Taamisaari düşərgəsi Finlandiya vətəndaş müharibəsi həbs düşərgələri içərisində adı ən çox çıxmış olanıdır. 1918-ci ilin may və sentyabr aylarında 8700 məhbusdan 3000-i yetərsiz qidalanma, xəstəlik və edamlardan ölmüşdü.[1][2]
Tammisaari düşərgəsi | |
---|---|
Həbs düşərgəsi | |
İdarə edən | Finlandiya hökuməti, Ağ Finlandiya |
Dustaqlar | Fin Qırmızılar, Fin kommunistlər |
Dustaq sayı | 8,700 |
Öldürülüb | 3,000 |
İlk tutulan Qırmızılar 1918-ci ilin may ayının əvvəllərində Draqsvikdə Rusiya İmperator Ordusunun keçmiş kazarmalarına göndərildi. Qarşıdakı 6 ay ərzində 8,597 məhbus Tammisaaridə saxlanılırdı, bu da tutulan bütün Qırmızıların təxminən 11% demək idi. Düşərgədəki şərait dəhşətli dərəcədə pis idi: ümumi gigyena pis idi və qida tədarükündə çatışmazlıq var idi. Dustaqlar düzgün qidalanmadıqları üçün və iyul ayında Finlandiyada başlayan İspan qripi də daxil olmaqla, müxtəlif xəstəliklərdən ölürdü.[3] Finlandiya Müharibə Şahidləri (1914-1922) internet məlumat bazasına görə Tammisaaridə 1918-ci ilin may və dekabr aylarında ölən məhbusların ümumi sayı 2997 idi.[4] Ölüm nisbəti 34% idi, hansı ki bu rəqəm bütün Finlandiya vətəndaş müharibəsi həbs düşərgələri içərisindəki ən yüksək rəqəm idi. Ölənlərin cəsədləri həbsxanadan qıraqda kütləvi məzarlıqlarda basdırılırdı.[3] Düşərgənin 1951-ci ildə memoryalı tikildi və 2008-ci ildə daimi şəkildə sərgi olaraq fəaliyyət göstərməyə başladı.[5]
Vətəndaş müharibəsi dustaqlarının kütləvi şəkildə əfv edilməsindən sonra Taamisaari həbsxanası qadağan olunmuş Finlandiya Sosialist İşçi Partiyası və Finlandiya Kommunist Partiyası kimi partiyaların fəalları olan siyasi məhbuslar üçün məcburi əmək düşərgəsinə çevrildi.[2] Hertta Kuusinen kimi qadın məhkumlar Hyameenlinnadakı Hyame qalasında saxlanılırdı. Siyasi məhbusları bəzi imtiyazları var idi. Onlar daha az işləyir və qəzet sifariş verə bilirdi. Kommunistlər oxumaq və çətin Marksist ədəbiyyatı öyrənmək üçün çox vaxt keçirdikçə, düşərgə "Taammisaari Universiteti" adlanmağa başlandı.[6]
1920 və 1930-cu illər ərzində həbs edilən kommunistlərin sayı 100-600 aralığında dəyişirdi. Ən yüksək rəqəm 1930-cu ildə Kommunist Qanunun elan edilməsindən sonra qeydə alınmışdı. 1933-cü ilin iyulunda 370-dən çox məhbus aclıq aksiyasına başladı və nəhayət 11 gün sonra beş nəfər zorla yedirmədən öldü.[7] Həbsxana 1940-cı ilə fəaliyyət göstərmişdir. İkinci Dünya müharibəsi ərzində məhkumlar Finlandiya ətrafında yeni tikilən həbs düşərgələrinə köçürüldü və Tammisaari Finlandiya Ordusu tərəfindən qarizon olaraq istifadə edildi.