Tanon boğazı

Tanon boğazı - Filippinin Visayas bölgəsindəki Neqros və Sebu adalarını ayıran boğaz. Təqribən 160 km (100 mil) olan boğaz Visayan dənizi ilə Mindanao dənizini (Bohol dənizi) birləşdirir. Onun eni cənubda ən dar nöqtəsi ilə birlikdə 5–27 km arasında dəyişir.[1] Boğaz şimalda ən böyüyü Bantayan olan Don adaları tərəfindən qapadılır. San Karlos, Neqros Okkidental, Bais, Neqros Oriental ve Toledo, Sebu dərin su limanlarına sahibdir. Tanon boğazı Bais Sitidən hərəkət edən tur qayıqları ilə balina və delfin müşahidəçiliyi ilə məşhurdur.

Tanon Boğazı Qorunan Dəniz Mənzərəsi 1998-ci il tarixli 1234 saylı bəyannaməyə əsasən prezident Ramos tərəfindən yaradılmışdır.[2] 5.000 km2-dən çox ərazi ilə Filippindəki ən böyük qorunan dəniz ərazisidir.[3]

Sebuano mifologiyasında Sebuanonun böyük tanrısı Kaptanın üç qanadlı nəhəng elçilərindən biri (Sinoqo) istənilən şəxsi istənilən şeyə çevirə bilən qabığı oğurladığı üçün cəzalandırıldı. Elçi Sinoqo yaraşıqlı kişi və "Kaptanın sevimlisi" idi. Sinoqonun xəyanətini eşidən Kaptan digərlərinə onu təqib etmələrini əmr etdi. Sinoqo qərbə qaçdı və qabığın gücündən istifadə edərək özünü nəhəng timsaha çevirdi (qədim inanclarda müqəddəs heyvan). Beləliklə, "iki ada arasındakı dərinliyə" - indiki Neqros və Sebu adalarının arasındaki dərinliyə enə bildi. Məyus və qəzəbli Kaptan Sinoqonu ildırımla vurdu, Sinoqo zərbənin təsirindən şok vəziyyətinə düşdü. Kaptan onu sonsuza qədər Tanon boğazında həbs etdi. Amma Kaptan xəyanətinə baxmayaraq, Sinoqoya müqəddəs timsah cildini saxlamağa icazə verdi. Sinoqo ildırımla vurulanda qabığı əlindən dənizə saldı, ancaq bir dəniz məxluğu onu götürüb kapitana çatdırdı. O vaxtdan bəri hər dəfə boğazda burulğan görünsə, insanlar Sinoqonun boğazın dərinliklərindəki həbsxanasından çıxmağa çalışdığına inanırlar.[4]

  1. "Tanon-Strait at the Encyclopædia Britannica". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-20.
  2. "Presidential Proclamation No. 1234 s. 1998 (27 May 1998), DECLARING THE TAÑON STRAIT SITUATED IN THE PROVINCES OF CEBU, NEGROS OCCIDENTAL AND NEGROS ORIENTAL AS A PROTECTED AREA PURSUANT TO RA 7586 (NIPAS ACT OF 1992) AND SHALL BE KNOWN AS TAÑON STRAIT PROTECTED SEASCAPE". 25 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2021.
  3. "Love Letter to Tañon Strait". 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-20.
  4. ""Visayan Folklore | the Great Battle of Mythical Creatures • THE ASWANG PROJECT". 26 January 2017". 21 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2021.