Burundi

Burundi Respublikası (kir. Republika y'u Burundi, fr. République du Burundi) — Mərkəzi Afrikada və dənizə sahili olmayan dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika Gölü ilə olmaqla Konqo Demokratik Respublikasıdır. Paytaxtı Bujumbura şəhəridir.

Burundi
Republika y'u Bisküvi
République du Burundi
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Ubumwe, Ibikorwa, Iterambere"  (Kirundi)
"Unité, Travail, Progrès"  (Fransızca)
"Birlik, Əmək, İnkişaf" 1
Himn: Burundi Bwacu
(Sevgili Burundduya)
Tarixi
Rəsmi dilləri
Paytaxt Bujumbura
İdarəetmə forması Respublika
Baş Nazir Evarist Ndayişimiye Alen-Giyom Bunyoni
Sahəsi
 • Su sahəsi (%) 7,8
Əhalisi
 • Əhali 10,7 milyon nəfər (86-cı)
 • Siyahıyaalma (16.8.2008) 8 053 574 nəf.
 • Sıxlıq 385 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 8,4 milyard dollar  (162-ci)
 • Adambaşına 900 dollar  (226-cı)
Valyuta Burundi frankı
İnternet domeni .bi
ISO kodu BI
BOK kodu BDI
Telefon kodu +257
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Burundi
Burundi vilayətləri

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Ölkə adı Bantu dilində Rundilerin yaşadığı ölkə mənasını verir. Sözönü olan bu- (bu — Rundi = Rundilerin yaşadığı ölkə = Burundi) şəkilçi fellərin önünə əlavə edilib , bu ön əlavə ölkə adlarında ku, ru hecalarının yanında u təyin halı olaraq əlavə edilir. Rundilerin istifadə dil olan Kirundi də eyni quruluşdan əmələ gəlib ki qarşıya şəkilçi istifadə dil mənasında istifadə olunub, Rundilerin istifadə dil mənasını verir.

Ölkənin cəmdə sahib olduğu 1.140 km sərhədin 315 km-i Ruanda , 589 km-i Tanzaniya və 236 km-i Demokratik Konqo Respublikası ilədir. Ölkə ümumiyyətlə dağlıq və yaylalık bir ölkədir. Burundidə yüksək yaylalar təqribi 1.400–1.800 m yüksəklikdə yerləşir və bu yüksək yaylalar ölkənin ən yüksək nöqtəsinə qədər gedib çatır. Ölkənin ən yüksək nöqtəsini 2.684 m olan və paytaxt Bujumburanın 30 km cənub-şərqində yerləşən və Burundi yüksək yaylasının bir hissəsi olan Heha Dağıdır.

Burundidə son olaraq 2008-ci ildə həyata keçirilən rəsmi siyahıyaalma nəticələrinə görə 8,053,574 əhali təsbit edilmişdir. Bu aktual olaraq son rəsmi siyahıyaalmaya əsaslanaraq 2014 təxmini sayma nəticələrinə görə 10,395,931 əhali olduğu müəyyən olunmuşdur. Əhali sıxlığının 379 adam/km² olmasına görə Burundi Afrika qitəsində əhali sıxlığının böyük oldüğü olkələrdən biridir. Ölkə əhalisinin əksəriyyəti paytaxt Bujumburada yaşayır.

Burundi gənc əhaliyə sahib olub, 2014-cü ilin təxmini məlumatlarına görə əhalinin 65%-i 0–24 yaş aralığındadır. Ölkənin yalnız 2,5%-i 65 yaş və yuxarı olanlardır.

0–14 yaş : 45,7% (kişi 2,385,571 / qadın 2,361,367)
15–24 Yaş : 19,3% (kişi 1,001,486 / qadın 1,005,617)
25–54 Yaş : 28,6% (kişi 1,483,936 / qadın 1,491,401)
55–64 Yaş : 3,9% (kişi 190,707 / qadın 216,983)
65 Yaş və daha yaşlı : 2,5% (kişi 109,434 / qadın 149,429)

Burundidə eyni dilə, əkinə sahib olan və Rundi olaraq adlandırılan bir xalq yaşayır. Rundi xalqı özü də üç boydan — Tutsi , Hututva boylarından ibarətdir.

İndiki vaxtda Hutu boyu ölkədə əksəriyyəti təşkil edir. Əhalinin 85%-i bu boydandır. Tutsi əhalisi ümumi əhalinin 15%-ni təşkil etdiyi halda, tva boyu 1% ilə ölkə əhalisinin ən az hisəsini təşkil edir.

Burundi dünya aclıq indeksinə görə son 25 ilin məlumatlarına görə dünyanın ən kasıb ölkəsidir. Dünya aclıq indeksinin 2014-cü il məlumatlarına görə Burundi bütün ölkələr içərisində sahib olduğu 35,6 indeks nisbəti ilə sonuncu yerdə dayanır.

Ölkə iqtisadiyyatının ən əhəmiyyətli hissəsini kənd təsərrüfatı fəaliyyətlər təşkil edir. Ölkə əhalisinin təxminən olaraq 85%-i birbaşa və ya dolayı olaraq əkinçilik fəaliyyəti ilə məşğuldur. Burundidə həyata keçirilən kənd təsərrüfatı fəaliyyətinin böyük əksəriyyəti fərdi istehlakı qarşılamaq üçün nəzərdə tutulub. Qəhvə, manyok, banan, qarğıdalı, şirin kartof və tərəvəz əkilən və yetişdirilən ən əhəmiyyətli əkinçilik məhsullarını təşkil edir.

Kənd fəaliyyətlərindən başqa heyvandarlıqda əhali arasinda geni yayilib. Ölkə daxilində heyvan sayı çox olsa da, buradan əldə edilən səmərə və istifadə aşağı səviyyədədir. Bu sahədə iribuynuzlu heyvanların südündən və ətindən istifadə edilir.

Ölkə müəyyən yer altı mədənlərinə də sahibdir. Burundi daxilində nikel , kobalt , uran , mis , platin , vanadium , qızıl , qalay , kaolin , niyobyum , tantal , volframəhəng mədənləri mövcuddur. Burundi dənizə sahili olmayan bir ölkə olduğuna görə bu məhsulları dünya bazarlarına çıxartmaqda çətinlik çəkir, həm də bu proses böyük xərcli tələb edir.

Ölkə iqtisadiyyatının ən əhəmiyyətli ixracat məhsullarını qəhvə , çay , şəkər , pambıq və dəri təşkil edir. Ölkənin 2013-cü ilin məlumatlarına görə ixracat etdiyi ilk altı ölkə bu şəkildədir :

Almaniya 11,4%
Pakistan 9,3%
Konqo Demokratik Respublikası 9,2%
İsveç 8,2%
Çin 5,8%
Uqanda 7%

Ölkə iqtisadiyyatının ən vacib idxal məhsullarını maşın və avadanlıq, neft məhsulları , qida məhsulları və tikinti materialları təşkil edir. Ölkənin 2013-cü ilin məlumatlarına görə idxal etdiyi ilk səkkiz ölkə bu şəkildədir :