Tanqanika gölü

Tanqanika gölü — Mərkəzi Afrikada göl. Rusiyadaki Baykal gölündən sonra dünyanın ən dərin gölüdür. 3° 20' den 8° 48' şimal enlikləri və 29° 5' dən 31° 15' şərq uzunluqları arasında yer alır. Yer kürəsinin 6-cı ən büyük gölüdür.

Tanqanika
Tanqanika gölündə balıqçı gəmisi
Tanqanika gölündə balıqçı gəmisi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 773 m
Eni 50 km
Uzunluğu 1.828 km
Sahəsi 32,9 min
Həcmi 18.900 km³
Dərin yeri 1.470m
Tökülən çaylar Ruzizi, Malaqarasi
Axan çay Lukuqa
Yerləşməsi
5°30′ c. e. 29°30′ ş. u.
Ölkələr
Yerləşməsi Mərkəzi Afrika və Şərqi Afrika
Tanqanika xəritədə
Tanqanika
Tanqanika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərqi Afrika sınma zonası boyunca uzanır və Büyük Rift Vadisi çökəkliyində yerləşir. Sınma xəttinin divarları, gölün sərhədlərinə uyğundur. Mərkəzi Afrikadakı bu göl dünyanın ən böyük tektonik sınma zonasında yerləşən, eyni zamanda Afrikanın ən dərin və ən böyük ikinci gölüdür. Tanqanika gölü, şimal-cənub yönündə 673 km lik bir məsafəyə uzanarkən, orta hesabla 50 km. genişliyə malikdir. Gölün sahəsi 32.893 km² olub uzunluğu 1.828 km'dir. Orta hissəsində dərinlik 570 m-dir. Ən dərin yeri 1.470 m dərinlik ilə şimal hissədədir. Yəni bu hissədə gölün dibi okean səviyyəsindən 688 m aşağıdadır.

Tanqanika gölünün əsas qida mənbəyi cənubdan ruzizi çayıdır, bundan başqa Malaqarasi və Lufubu çayları da gölə tökülür. Göldən başlayan yeganə çay Lukuqa çayıdır.

Tanqanika, KongoTanzaniyaZambiya ve Burundi ölkələri ərazisində yerləşir. Konqo 45% ilə ve Tanzaniya 41% ilə, göldən ən böyük payı alan ölkələrdir.

Canlılar aləmi

[redaktə | mənbəni redaktə et]

Tanqanika gölü çoxlu növdə balıqlarla zəngindir. 45.000 insan bu göldə balıqçılıqla məşğuldur,1.000.000 insanın balıq tədarükünü ödəyəcək qədər zəngindir. 1950-ci illərdə burada balıqçılığın inkişafına xüsusi diqqət verildi. 1995-ci ildə 180.000 tona yaxın balıq əldə edilmişdir ki, bu da gölün tarixində rekord hədd deməkdir. Göldə gündə 500 tona yaxın balıq tutulur. Bəzi balıq növləri akvarium balığı adı ilə xarici ölkələrə satılır.