Tanrıya pərəstiş kultu

Tanrıya pərəstiş kultu — Cənub-Şərqi Asiyada, xüsusilə də Çində qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri.

Tanrıya pərəstiş kultunun lideri Lyu Caquo əvvəllər "İlahidən göndərilmiş kral" sektasının üzvü olmuş, ancaq sektanın rəhbəri Van Yanminin adi insan olduğunu bildikdən sonra ondan ayrılmışdır. O, belə inancların kökündə fırıldaqçılığın durduğunu tez bir zamanda anlayaraq, 1993-cü ildə kral sektasının bir sıra davamçılarını öz tərəfinə çəkmiş və şəxsi kultunu yaratmışdır. Lyu iddia edirdi ki, o, Yer kürəsinin tanrısıdır. O, öz sektasından varlanmaq və ziyarətçilərlə intim əlaqəyə girmək məqsədilə istifadə edirdi. Sonralar Lyunu 40000 ABŞ dollarını mənimsəməkdə və sektanın 10 üzvünü, həmçinin iki 13 yaşlı qızı zorlamada ittiham etdilər. Həbsdə olan Lyu asanlıqla dələduzluğunu boynuna alaraq bildirdi:

" Əgər Tanrı olsaydım, həbsxanaya düşərdimmi? "

Lyu Caquo 1999-cu ildə ölüm hökmünə məhkum edilənədək Tanrıya Pərəstiş kultu Hunan əyalətində 10000-dən çox adamı təriqətə cəlb etməyə nail olmuşdu.

Mənbə[redaktə | mənbəni redaktə et]