Tantal (yun. Τάντᾰλος) yunan mifologiyasında Zevs və okeanida Plutonun oğlu, Friqiyada yerləşən Sipilin çarı.[1]
Zevslə Friqiya çariçası Plutonun oğlu[2], Lidiyalı Ksanfa görə isə Himeneyin oğludur[3]), onun arvadı Diona[4] və ya Steropa[5] və ya Evrianassadır. Pelop, Nioba və Broteyin atasıdır.
İlahların sevimlisi kimi Tantal onların şuralarına və yemək məclislərinə çağrılırdı.[6] Belə yüksək vəziyyət onun qürurlanmasına səbəb oldu və ilahları təhqir etdiksən sonra onu cəza olaraq Aidə, cəhənnəmə atdılar.[7]
Əfsanənin bir versiyasına görə, o Zevsin gizli qərarlarını açıqlamış[4] və ya insanlara ilahların sirrlərini açmışdı, digər versiyaya görə, o dostlarını qonaq etmək üçün ilahların stolundan nektar və ambroziya oğurlamışdı.[8] Üçüncü versiyaya görə, Tantal onun üçün Zevsin məbədindən oğurlanmış qızıl itə sahib olmaq məqsədilə yalandan and içərək söyləmişdi ki, o Pandareydən Zevsin qızıl itini götürməmişdir və buna görə də, Zevs onu ildırımla vurmuş və Sipil dağını Tantalın başına uçurmuşdu.[9]
Nəhayət, başqa bir mifə görə, Tantal ilahların hər şeyi görüb görmədiklərini sınamaq üçün öz oğlu Pelopu öldürmüş, onun ətindən yemək hazırlamış və ilahları bu yeməyə qonaq etmişdi. Lakin onlar hər şeyi başa düşmüş və Pelopu diriltmişdilər.[10]
Pavsaniy yazır ki, o Sipildə, Tantal gölü yaxınlığında Tantalın qəbrini görmüşdür.[11]
Homerin yazdığına görə, ölülər dünyasında Tantal aclıq və susuzluğun olmaz əzabını çəkir. Boğazınacan suda dursa da, o su içə bilmir, yaxınlığında meyvələr görsə də, yeyə bilmir: o ağzını kimi su axıb gedir, o meyvəni dərmək üçün əlini uzadan kimi meyvə olan budaq ondan uzaqlaşır. "Tantalın əzabları" ifadəsi bir məsələ çevrilmişdir və sonsuz, dözülməz əzabları bildirir.
Tantal Frinixin "Tantal", Pratinin "Tantal", Esxilin "Nioba", Sofoklun "Tantal" faciələrinin personajıdır. Senekanın "Fiest" faciəsində Tantalın kölgəsi personajı var.