Tao Okamoto

Tao Okamoto (岡本 多緒?, 22 may 1985, Çiba) və ya sadəcə Tao[1][2]Yaponiya aktrisası və modeli.[3] 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur.[4] 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir.[5] 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir.[6] "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır.

Tao Okamoto
Doğum tarixi 22 may 1985(1985-05-22) (39 yaş)
Doğum yeri
Fəaliyyəti model[d], aktrisa, fotomodel[d], kinorejissor
Fəaliyyət illəri 1999-cu ildən
taookamoto.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır.

2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.[7]

Tao müxtəlif reklam layihələrində işləmişdir. Mario Testino ilə birlikdə Dolce & Gabbana, Alasdeyr Maklellan ilə birlikdə Emporia Armani, Mario Sorrenti ilə birlikdə Kenzo kampaniyalarında iştirak etmişdir. "i-D Magazine", "V Magazine", "W Magazine" jurnalları, "Harper's Bazaar" və "Vogue" jurnallarının beynəlxalq buraxılışları üçün fotomodellik etmişdir.

Okamoto Alexander McQueen, Alexander Wang, Burberry Prorsum, Bottega Veneta, Chanel, Dolce & Gabbana, Donna Karan, Emanuel Ungaro, Fendi, Giorgio Armani, Givenchy, Hermès, Jean-Paul Gaultier, Kenzo, Louis Vuitton, Marc Jacobs, Maison Martin Margiela, Max Mara, Miu Miu, Moschino, Paul Smith, Phillip Lim, Ralph Lauren, Salvatore Ferragamo, Tommy Hilfiger, Vivienne Westwood, Yves Saint Laurent və bir çox brend üçün modellik etmişdir.[8][9]

"Vogue Nippon" jurnalının 2009-cu il noyabr buraxılışı Taoya həsr olunmuşdur. Yaponiya Dəb Redaktorları Klubu tərəfindən "İlin modeli", "Vogue Nippon" jurnalı tərəfindən "2010-cu ilin qadını" seçilmişdir.

2013-cü ildə Hyu Cekman ilə birlikdə "Şimal porsuğu: Ölməzlik" filmində əsas rollardan birini canlandırmışdır. 2014-cü ilin okyabrında "Hannibal" serialında Çiyo rolunu oynayacağı açıqlanmışdır.[10]

2015-ci ilin yanvarında Alodiya Cosinfiao ilə birlikdə "Yolayırıcıları" filmində yer alacağı anons edilmişdir.[11] 2015-ci ildə "Hündür qəsrdəki adam" serialında vəkil Pol Kasouranın arvadı və Robet Çildanın müştərisi olan Betti Kasouranı canlandırmışdır.[12] 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda görünmüşdür.[6]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə "The Last Magazine" jurnalının redaktoru olan Tenzin Vild ilə evlənmişdir.[13]

İl Başlıq Rol Qeydlər
2013 Şimal porsuğu: Ölməzlik Mariko Yaşida aktrisa kimi debüt
2014 Qan yolu Toko Sakaqami yapon miniserialı[14][15]
2015 Hannibal Çiyo 4 seriya
2015 Hündür qəsrdəki adam Betti 4 seriya
2016 Betmen Supermenə qarşı: Ədalətin şəfəqi Mersi Qreyvz
2016 Yolayırıcıları
2017 İnsan ovu Kiko Tanaka
2018 Laplas cadugəri Rey Kirimiya
2018-2020 Vest dünyası Hanaryo 5 seriya
2019 İtmiş transmissiyalar Vendi
  1. "TAO-Official site - May 2013". 2014-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
  2. "J-C interview - 2012". 2013-04-15 tarixində orijinalından arxivləşdirilib.
  3. "Tao Okamoto - Model Profile - Photos & latest news". Models.com. 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
  4. "Tao Okamoto - Fashion Model - Profile on New York Magazine". Nymag.com. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
  5. Kessler, Max. "Tao Okamoto, beautiful people 2013 by Max Kessler". Paper Mag. 2013-03-18. 2013-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
  6. 1 2 "Superman/Batman: Holly Hunter, Callan Mulvey, Tao Okamoto join cast". Entertainment Weekly. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-03.
  7. Betker, Ally. "Tao Okamoto on 15 Years of Modeling and her New Superhero-Film Roles". Vogue (ingilis). 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
  8. "Tao Okamoto Photos on". Style.com. 2013-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-05.
  9. "Homepage of supermodel Tao Okamoto. Fashion and modeling pictures, movies, scans, photos, shows, model agencies and a biography". Supermodels.nl. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.
  10. The Deadline Team. "Tao Okamoto Cast In 'Hannibal'; 'Complications' Adds 2". Deadline. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
  11. "Alodia Gosiengfiao".
  12. Patrick Hipes. "Mary Lynn Rajskub Joins 'Highston'; Tao Okamoto In 'Man In The High Castle' - Deadline". Deadline. 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-30.
  13. "Model and 'Batman' Actress Tao Okamoto is Married". WWD Women's Wear Daily. May 4, 2016. January 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 13, 2016.
  14. "Tao Okamoto - IMDb". 2014-04-03. 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-03.
  15. "WOWOW Japanese site". 2014-04-03. 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]