Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s. Bəzən tapmacanı deyən şəxs humanistlik göstərir, bir az ayaq üstə durduqdan sonra həmin şəxsi bağışlayırdı. Yun daramaq üçün təşkil edilən iməciliklərdə də qızlar iki dəstəyə bölünür və qarşı-qarşıya duraraq bir-birinə tapmacalar deyirdilər.
Bu məqalə qaralama halındadır. |