Taqanroq mayakı — Rostov vilayəti Taqanroq şəhəri ərazisində 1878-ci ildə inşa edilmişdir. Bina bir əsrindən az bir müddətdə öz fəaliyyət göstərmişdir. 1970-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar fəaliyyətini tayandırmış və tamamən sökülmüşdür.
Taqanroq mayakı | |
---|---|
rus. Таганрогский маяк | |
47°12′08″ şm. e. 38°56′45″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1878 |
Vikianbarda əlaqəli mediafayllar |
Taqanroqda ilk mayak 1770-ci ildə inşa edilmişdir. Ancaq bir müddət sonra mayak bilinməyən səbəblərdən fəaliyyətini dayandırmışdır[1]. 1877-ci ildə verilən iki qərarla burada msyakın inşa edilməsi qərarlaşdırılırdı. 5 iyul və 24 oktyabr tarixli qərarla mayak üçün 625 sajen torpaq sahəsi ayrılmışdır. Üslək əlavə olaraq mayak ərazisinə 750 sajen torpaq sahəsi ayrılırdı. Bu mayak ətrafında əlavə əkin yerinin salınması ilə əlaqədar idi. Ancaq bircə şərq qoyulurdu. Şəhər sakinləri sərbəst şəkildə mayak ətrafında yerləşən bağa girmək hüququ əldə edirdi[2]. Daş mayak 1878-ci ildə[3] inşa edilmişdir. Tikinti işləri N. A. Arkasın rəhbərliyi altında inşa edilmişdir. Mayakın önündəki lövhədə yazılırdı : 1878-ci ildə Qara dəniz donanması komandiri və liman general-adyutantı Admirale NikolayAndreeviç Arkasın rəhbərliyi ilə inşa edilmişdir.
9 mart 1909-cu ildə ağ neftlə işləyən lampalar elektriklə işləyən lampalarla əvəzlənmişdir. Burada bağ ərazisində elekrostansiya quraşdırılmışdır. Mayak 1941-ci ildə şəhərin işğalı ilə əlaqədar fəaliyyətini dayandırmışdır. 1943-cü ilin avqustunda şəhər işğaldan azad edildikdən sonra fəaliyyəti bəpa edilmişdir. 1870-ci ildə mayak qəzalı vəziyyəti ilə əlaqadar tamamən kökülmüşdür. Mayakın şəkillərindən ibarət marka buraxılmışdır.
Mayakın ətrafında yerləşən bağda bir çox tikililər vardır. Üstəlik burada meteostansiya yerləşir. Mayakın hündürlüyü 22 metr, divarının qalınlığı 1 metr təşkil edir. Bina silindrik formaya malikdir. Yuxarıya doğru silindir kiçilirdi. Yuxarıda düzbucaqlı formalı pəncərələr vardır. Onlar dəmir məhəccərlərlə bağlıdır. Mayakda olan fanar dənizdə olan gəmilərin dayazlığa düşməməsi təmin edirdi. Binanın yuxarısı şüşəli idi. Fanarın işığı 35–40 km məsadə vurma imkanına malik idi. Mayak 70 metr okean səviyyəsindən yuxarıda yerləşirdi.