Taqanroq mayakı — Rostov vilayəti Taqanroq şəhəri ərazisində 1815-ci ildə inşa edilmişdir. Bina meteo nəzarət məqsədilə təsis edilmişdir. Meteostansiyası Rostov vilayəti Taqanroq şəhəri, Şevçenko küçəsi, ev 143 ünvanında yerləşir[1].
Taqanroq meteostansiyası | |
---|---|
rus. Метеостанция "Таганрог" | |
47°12′01″ şm. e. 38°55′23″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1815 |
1815-ci ilin mayında Taqanroq şəhərində, Azov dənizinin sahilində ilk hidroloji meteostansiya açılmışdır. Bu şəhərin iqtisadi cəhətdən inkişaf etməsi və mühün limsn şəhərinə çevrilməsi ilə əlaqadar formalaşmışdır[2]. Stansiya Taqanroq kişi gimnaziyasında 1833-cü ilin aprelinə qədər fəaliyyət göstərmişdir. Araşdırmalar nəticəsində əldə edilən məlumatlar ictimai açıq yerlərdə göstərilirdi. 1865-ci ildə şəhərin maksimal və minimal temperaturu göstərilirdi.
1870-ci illərdə «Taqanroq» meteostansiyası Flaqman enişi rayonunda yerləşirdi. 1880-ci ildə Taqanroq mayakı inşa edildikdən sonra şəhər meteostansiyası bura köçürülmüşdür. Yüz il müddətində meteostansiya mayakın ətrafında fəaliyyət göstərmişdir. Müddətlə meteostansiyanın avadanlıqları yenilənirdi. XIX əsrdə avadanlıqlar olduqca sadə olmuşdur. Hava haqqında məlumatlar xüsusi siqnallarla nəzarətçi gəmilərə ötürülürdü. Teleqraf kəşf edildikdən sonra informasiya digər limanlara asanlıqla ötürülürdü. Havanın temperaturu gündə dörd, dənizdə axınlar isə üç dəfə məlumatlandırılırdı. Temperaturun ölçülməsi, yağıntının miqdarı hesablanan jurnallar bu gündə saxlanılır. XX əsrin əvvəllərində meteostansiyada radiodan istifadə edilməyə başlanmışdlr. Araşdırma işləri 1917-ci ildən 1921-ci ilə qədər fəaliyyətini dayandırmışdır.
Meteostansiya 1941-ci ildə işğal ilə əlaqədar fəaliyyətini dayandırmışdır. 1943-cü ilin dekabrında isə şəhər işğaldan azad edilmişdir. Meteostansiya XXI əsrdə belə fəaliyyətini davam etdirir. Onun yerləşdiyi ərazi 26 х 26 metr sahəni əhatə edir.
2015-ci il məlumatına görə meteostansiyada dəniz rejimi ölçülür və havanın çirklənmə monitorinqi aparılır. Araşdırma üçün distansion qurğulardan istifadə edir. 2015-ci ildə stansiya 200 illiyini qeyd etmişdir[3].