Tarazlar

Tarazlar quruluşuna görə iki cür olur:

  1. Silindrik taraz - içərisi yaxşı cilalanmış şüşə silndrdən ibarətdir.
  2. Dairəvi taraz - aləti təxminən, silindrik taraz isə dəqiq üfüqi vəziyyətə gətirmək üçündür[1].

Spirt və ya efir qızdırılıb şüşəyə töküldükdən sonra silindrin ağzı möhkəm bağlanır. Maye soyuduqdan, onun həcmi kiçilir və şüşədə boşluq (qabarcıq) əmələ gəlir. Silindrin səthində 2 mm-lik bölgülər vardır. Orta bölgü sıfır bölgüsü adlanır. Qabarcığın bir bölgü qaçması nəticəsində tarazın şaquli oxunun meyl etməsinə tarazın bir bölgüsünün qiyməti deyilir. Tarazın dəqiqliyi onun bir bölgüsünün qiymətindən, axırıncı isə silindr qövsünün radiusundan asılıdır. Silindrin radiusu böyüdükcə, tarazın bir bölgüsünün qiyməti kiçilir, dəqiqliyi isə artır.

Üfuqi vəziyyət silndrik tarazın düzəldici vinti ilə təzim olunur. Tarazın 0 bölgüsünə toxunan üfuqi xəttə tarazın üfuzi oxu, şaquli xəttə isə şaquli ox deyilir.

Dairəvi taraz səthi kürə səthindən ibarət olan silindrik qutudan ibarətdir. Səthin ən yüksək nöqtəsində dairə cızılmışdır. Tarazın qabarcığı bu dairəciyin mərkəzində olduqda, alət üfuqi hesab olunur.

  1. Məmmədov Q.Ş., Əhmədov İ.H. Geodeziya Bakı 2002