Tarixi Abidələrin Mühafizəsi Günü (ing. International Day for Monuments and Sites, World Heritage Day) — 18 aprel qeyd olunur. UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Əsas məqsəd — dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
Tarixi Abidələrin Mühafizəsi Günü | |
---|---|
Qeyd olunmağa başlayıb | 2001[2] |
Həsr olunub | abidə |
Başlayır | 1983-cü il |
Tarix | 18 aprel |
icomos.org/en/89-english… |
Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olundu.[3]
Hər il aprelin 18-də dünyanın müxtəlif yerlərində tədbirlər, konfranslar, dəyirmi masalar və qəzet məqalələrinə daxil olan müxtəlif fəaliyyət növləri keçirilir. Hər il fərqli mövzular seçilir. Misal üçün 2017-ci ildə "Davamlı turizm" mövzusu seçilmişdir.[4] Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyəti var. Bu günün əsas məqsədi bəşəriyyətin mədəni irsinin müxtəlifliyini, onların zəif aspektləri göstərmək və onları qorumaq üçün lazım olan səyləri bilincini artırmaqdı.
2002-ci ildə Azərbaycan Respublikası Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında: