Tarmenxan Babayev (8 yanvar 2002; Naxçıvan, Azərbaycan) — Azərbaycanı təmsil edən ağır atlet.[1]
Tarmenxan Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Tarmenxan Babayev |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan |
İdman növü | Ağır atletika |
Tarmenxan Babayev 2002-ci il yanvarın 8-də Naxçıvan şəhərində anadan olub. 2013-cü ildən idmanla məşğul olur. Məşqçisi Şəfi Hüseynovdur.
Tarmenxan Babayev 2017-ci ildə Priştina şəhərində (Kosovo), 2018-ci ildə isə Milan şəhərində (İtaliya) baş tutan yeniyetmələr arasında Avropa Çempionatlarının qalibi oldu.[2]
Tarmenxan Babayev 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Tarmenxan Babayev birdən qaldırma turnirində əvvəlcə 138 кiloqramlıq, sonra isə 142 кiloqramlıq ştanqın öhdəsindən gələ bilsə də, sonuncu cəhdində 146 кiloqramlıq ştanqı qaldıra bilmədi və bu mərhələni 2-ci pillədə başa vurdu.[3] Təjanla qaldırmada isə Tarmenxan Babayev birinci cəhdində 160 кiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 174 кiloqramlıq ştanqı qaldıra bilsə də, üçüncü cəhdində 178 кiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi.[3] Bu nəticələrə əsasən Tarmenxan Babayev ümumi nəticədə 316 кiloqram nəticə göstərdi və Buenos-Ayres Olimpiadasının gümüş medalına sahib oldu.[3] Tarmenxan Babayev 8 ildən sonra bu idman növündə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. 2010-cu il Sinqapur Olimpiadasında Nicat Rəhimov qızıl medala sahib olmuşdu.