Tartan (ivr. תַּרְתָּן, yun. Θαρθαν, lat. Tharthan, arami. ܬܵܪܬܵܢ) — Assuriyada hərbi rütbə, Assuriya ordusunun baş komandanı. Yəhudi Bibliyasında tartana iki istinad var – Assuriya kralı Yərusəlimə hədələyici bir müraciətnamə çatdırmaq üçün ora bir tartan və daha iki yüksək rütbəli şəxs göndərir (2 Çar, 18:17); Yeşayahu peyğambər dövründə Assuriya kralı II Sarqon kral Yezekiya hakimiyyətindəki Aşdod şəhərinə bir tartan göndərir və şəhəri ələ keçirir.[1][2]
Assuriyada tartan kraldan sonra ən yüksək səlahiyyətli şəxs idi.[3] Daha sonralar bu vəzifə ikiyə bölünmüşdür – "Tartanu imni", yəni sağ tartanı və "Tartanu şumeli", yəni sol tartanı. Növbəti dövrlərdə bu titul regional olmuşdur. Bu titul həmçinin, xarici dövlətlərin ordularına da aid edilirdi. Sarqon "Tartan Musuray", yəni Misir tartanından bəhs edirdi. E.ə. 720-ci ildə Assuriya tartanı ehtimal olunur ki, e.ə. Aşur-iska-danin, e.ə. 694-cü ildə Abday, e.ə. 686-cı ildə isə Bel-emurani idi.[4] Bu tituldan Babiloniyada istifadə olunmurdu.