Tartu Hava Limanı

Tartu Hava Limanı (IATA: TAYICAO: EETU) — Estoniyanın Tartu şəhərinin mərkəzindən 9,5 km cənub-qərbdə yerləşən hava limanı, Tartu-Vıru magistral yolunun yaxınlığındadır. Ülenurme kəndinə yaxın olduğu üçün Ülenurme Hava limanı da adlanır. Burada Finnair aviaşirkətinin Helsinkiyə gündəlik uçuşları var.

Tartu Hava Limanı
Xəritə

58°18′26″ şm. e. 26°41′25″ ş. u.HGYO


IATA: TAYICAO: EETU
Məlumat
Hava limanı tipi ictimai
Ölkə
Yeri Tartu şəhərinin mərkəzindən 9,5 km cənub-qərbdə
Açılış tarixi 1946
Dəniz səviyyəsindən
hündürlüyü
219 ft / 67 m
Xəritə
TAY (Estoniya)
TAY
Rəsmi saytı

Hava limanı 1946-cı ildə açılmışdır. Yeni terminal binası 1981-ci ildə inşa edildi, elə həmin vaxtı uçuş-enmə zolağı və sürmə zolağı yeniləndi. 2005-ci ildən bəri hava limanı Tallinn Airport Ltd məxsusdur. 2009-cu ildə uçuş-enmə zolağı 1799 m-ə qədər artırıldı. 2009-cu ildə Tartu Hava Limanından sərnişin axını 9 707 nəfərə çatmışdır.

Hava limanının yaxınlığında Estoniya Aviasiya Akademiyası yerləşir ki, onun təlim uçuşları hava limanında uçuş və eniş əməliyyatlarının 90%-nı təşkil edir.

Aviaşirkətlər və istiqamətlər

[redaktə | mənbəni redaktə et]
Hava yolu şirkəti Uçuş nöqtəsi
Finlandiya Finnair Helsinki

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

World Aero Data saytından EETU hava limanı barədə məlumat[ölü keçid].