Tallin Beynəlxalq Hava Limanı

Meri Lerrant adına Tallin Beynəlxalq Hava LimanıEstoniyanın əsas hava limanı. airBaltic şirkətinin xidmətində olan hava limanı.

Tallin Beynəlxalq Hava Limanı
Xəritə

59°24′59″ şm. e. 24°47′57″ ş. u.HGYO


IATA: EETNICAO:

TLL

Tallin Beynəlxalq Aeroportu (Estoniya)
Tallin
Beynəlxalq Aeroportu
Məlumat
Hava limanı tipi ictimai
Ölkə
Açılış tarixi 20 sentyabr 1936
Operator Dövlət
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
Asfalt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hava limanı Tallin şəhər mərkəzindən 4 km aralıda yerləşir. Hava limanı Muuqa limanından 20 km, Tallin sərnişin limanından isə 5 km aralıda qərarlaşır.

Hava limanının bir uçuş-eniş zolağı vardır. Uzunluğu 3 480 metr, eni isə 45 metrdir. Hava limanının 8 girişi vardır. Əsasən orta ölçülü təyyarləri qəbul edir. Bu tip təyyarələrə misal kimi Boinq 737—300/500Airbus A320 göstərmək olar. Hava limanı Boinq-747 tipli təyyarələri qəbul edə bilir. Hava limanına enmiş ən böyük hava limanı Volqa-Dnepr aviaşirkətinə aid olan An-124 təyyarəsi olmuşdur. Hava limanı bütünlüklə Estoniya dövlətinin mülkiyyətidir. 2011-ci ildə hava limanı 1,913,172 sərnişinə xidmət etmişdir[1] Sərnişin terminalı 1980-ci ildə Moskva Olimpiyadası ilə əlaqədar inşa edilmişdir. 2007-ci ilin qışından 2008-ci ilin yayına qədər genişmiqyaslı təmir işləri aparılmışdır.

29 mart 2009-cu ildə Estoniya prezidenti Lennart Merinin 80 illiyi münasibətilə (1929—2006) Tallin Beynəlxalq hava limanının adına onun adı verilmişdir. 8 noyabr 2015-ci ildə Estonian Air şikəti rəsmən müflis olması barədə məlumat verdiyindən uçuşlar dayandırılmışdır.

Daşıyıcılara və təyinat yerləri

[redaktə | mənbəni redaktə et]

Latviya airBaltic - Riqa, Berlin, Vyana, Paris

Litva air Lituanica - Vilnüs

Estoniya Avies - Kuressaare, Kyardla, Payala, Tursbyo

Böyük Britaniya EasyJet - London

Finlandiya Finnair - Helsinki

Polşa LOT Polish Airlines - Varşava

Almaniya Lufthansa - Frankfurt

Norveç Norwegian Air Shuttle - Oslo

İrlandiya Ryanair - Berqamo, Bremen, Dyuseldorf, Jirovo, London, Oslo
Mövsümü reyslər: Dublin, Milan (1 iyun 2014), Maçester

Portuqaliya TAP Portugal - Lissabon (4 iyul 2014)

Türkiyə Turkish Airlines - İstanbul

İspaniya Vueling Airlines - Mövsümü: Barselona

Rusiya Аэрофлот - Moskva

Tallində aeroport binası (2006)

Sərnişin dövrüyyəsi

[redaktə | mənbəni redaktə et]
Xidmət göstərilmiş sərnişinlərinin sayı (min. nəf)[2]
2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016
1401 1542 1728 1812 1346 1385 1913 2207 1959 2017 2167 2222

İctimai nəqliyyat

[redaktə | mənbəni redaktə et]

Hava limanına №2 (şəhər mərkəzindən və dəniz limanında) və №65 (Lasnamyae rayonundan) avtobus maşrutları hərəkət edir. Hava limanından Lux Express Group şirkətinə aid avtobuslar Tartuya hərəkət edir.

  1. "STATISTICS AND SURVEYS". 2009-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-07.
  2. "Statistics - Tallinn Airport". 2017-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-07.