Tata- (alm. Totis, lat. Dotis) Macarıstanın şimal-qərbində yerləşən Komarom-Esterqom vilayətində qəsəbə. 2010-cu ildə "Avropa Bioloji Müxtəliflilik" paytaxtı seçilmişdir.[3]
Tata | |
---|---|
47°39′ şm. e. 18°19′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 140 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +36 34 |
Poçt indeksi | 2890 |
Digər | |
tata.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Tata qəsəbəsi Macarıstanın Gereçe və Virteş dağları arasında, Budapeştin 70 km şimal qərbində, mərkəzi Tatabanyanın 12 km şimal qərbində yerləşir. Coğrafi mövqeyinə görə Budapeşt və Vyana arasında quru və dəmir yollarının qovuşduğu nöqtədədir.
Tata qəsəbəsi antik dövrlərdən günümüzə qədər yaşayış məntəqəsi olmuşdur. Roma imperiyası dövründə Pannoniya əyaləti sərhədləri çərçivəsində olsa da, daha sonralar burada German və Avar tayfaları yerləşmişdir. Arpad sülaləsinin hakimiyyəti dövründə Tata kral mülkünə çevrildi. 1543-cü ildə Osmanlı qoşunları tərəfindən tutulan Tata qalası, tamamilə dağıdılaraq yenidən inşa edildi. 1557-ci ildə macarlar yenidən Tataya sahib olsalar da, 1565-cü ildə bura Habsburqların mülkünə çevrilmişdir. Hələ Osmanlı zamanında qəsəbənin ətrafı iri qala divarlarından ibarət idi. Divarların dibindən başlayaraq qala xəndəklərlə əhatə olunmuşdu [4].