Tatami daşları (畳石, Tatami-ishi?) – Yaponiyanın Okinava prefekturasının Kumecima şəhəri yaxınlığında yerləşən təbiət abidəsi. Kume adasının cənub-şərqindəki kiçik O adasının cənub sahilində, Kumecima Prefektural Təbiət Parkında yerləşir. Təbiət abidəsi bir-birindən nazik sərhədlərlə ayrılmış pentaqonal və heksaqonal qayalardan ibarətdir. Hər qayanın diametri 1–1,5 metrdir. Qayalar şimaldan cənuba 50 metr boyunca, qərbdən şərqə isə 250 metr uzunluğunda uzanır. Miosen dövründə andezitik lavanın soyuyaraq sütunvari yığılmasından əmələ gəlmişdir. Abidə tatami otaqlarına bənzədiyi üçün belə adlandırılıb. Bəzən isə tısbağa qınındakı kiçik sipərlərə bənzədilir.[1][2][3][4][5] 1967-ci ildə Ryukyu hökuməti tərəfindən Milli Abidə kimi təsdiqlənmişdir. 1971-ci ildə imzalanan Okinava Reverziya Müqaviləsindən sonra Prefektural Mədəni Abidə statusu almışır. 2014-cü ildə 29,3 ha ərazi Milli Abidə kimi müəyyənləşdirilmişdir.[2][6]