Tatarıstan xalqlarının Dostluq evi

Tatarıstan xalqlarının Dostluq evi (Tat. Татарстан халыкларының Дуслык йорты) Tatarıstan xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı ilə məşğul olan Tataristan respublika təşkilatıdır. Təşkilat 1999-cu ildə açılmışdır. Pavlyuxina küçəsi 57-də yerləşir.[1]

Tarix[redaktə | mənbəni redaktə et]

1992-ci ildə, Tatarıstan Xalqlarının birinci qurultayında, əvvəlcə 9 etnik icmanın nümayəndələrini əhatə edən Tatarıstan Respublikasının Milli-Mədəniyyət Cəmiyyətləri Birliyi (ANKO RT, indiki Tatarıstan Xalqları Məclisi) yaradıldı. 1999-cu ildə respublika hökuməti Tatarıstan Xalqlarının Dostluq Evinin yaradılması üçün Kazanın mərkəzində ayrıca bir bina inşa etdi.[2]
26 May 1999-cu ildə açılış mərasimi keçirildi. Bu təşkilatın məqsədi "Tatarıstan Respublikası xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı üçün ictimai milli-mədəni təşkilatlara dövlət dəstəyi təmin etmək" idi.[3] 2005-ci ildə Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaimiev, Xalqlar Dostluğu Evinə respublika büdcəsindən maliyyələşdirilən və müstəqil respublika təşkilatı statusu verən "Tataristan Xalqlarının Dostluq Evi haqqında" fərman imzaladı. Təşkilatın qurucusu Tatarıstan Respublikasının Nazirlər Kabineti idi və bu təşkilat birbaşa Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyinə tabe oldu. Təşkilatın etnik icmaları etnomədəni fəaliyyətlərinin səmərəli təşkili üçün ayrı-ayrı binalar aldılar.
Əvvəlcə Xalqlar Dostluğu Evi Ostrovski küçəsindəki köhnə bir malikanədə yerləşirdi. 29 Avqust 2012-ci ildə Məclisin 20-ci ildönümü günü Xalqlar Dostluğu Evi Pavlyuxina küçəsində yeni bir bina ("Vakuummaş" Tədqiqat İnstitutunun keçmiş binası) aldı. Yeni beşmərtəbəli bina daha böyük bir əraziyə (təxminən 4000 m²) və 300 yerlik bir konsert salonuna malik idi. [4]Konsert salonuna əlavə olaraq, binada bütün milli ictimai təşkilatların iş otaqları, Məclisin icraiyyə komitəsi, şənliklər, iclaslar, konfranslar üçün salonlar, "Evimiz-Tatarıstan" jurnalının redaksiyası, Xalqlar Dostluğu Evi, məlumat mərkəzi, kostyum otağı, sənətçilər üçün soyunma otaqları, rəqs salonu, çoxmillətli bazar günü məktəbi, Dostluq Muzeyi, texniki xidmət otağı mövcud idi. Xalqlar Dostluğu Evində əlillər üçün xüsusi şərait yaradılmışdır. Panduslar, liftlər, yanğın təhlükəsizliyi tələblərinə cavab verən otaqlar, gözdən əlillər üçün xüsusi "yollar" var.

Fəaliyyət[redaktə | mənbəni redaktə et]

Tatarıstan xalqlarının Dostluq evinə 35 millət adından fəaliyyət göstərən 85 milli qeyri hökumət təşkilatı daxildir. Respublikada 132 milli-mədəniyyət mərkəzi var.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Зарипов А. Х.. Развитие национально-этнических организаций как направление этнонациональной политики РФ (на примере республики Татарстан) Arxivləşdirilib 2020-06-04 at the Wayback Machine// Известия Алтайского государственного университета. 2013
  2. Сагитова Л. В.Дом дружбы народов как объект и субъект социального реформирования: от советской модели к глобализационной? Arxivləşdirilib 2020-06-04 at the Wayback Machine // Журнал исследований социальной политики. 2011
  3. Астахова Л.С., Бухараев Я.В. М.: Московская областная общественная организация содействия формированию здорового образа жизни «Здоровое поколение», 2018. – 54 с.
  4. "В Казани состоится открытие нового здания Дома дружбы народов Татарстана". 2020-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  5. "Информационный Центр". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.