Tatyana Deniskina

Tatyana Deniskina (d. 17 sentyabr 1985; Penza, Rusiya) — Rusiya əsilli Azərbaycanı təmsil edən basketbolçu. Tatyana Deniskina, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Tatyana Deniskina
Şəxsi məlumatlar
Tam adı Tatyana Deniskina
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (38 yaş)
Doğum yeri Penza, Rusiya Rusiya
İdman növü 3x3 basketbol

Karyerası[redaktə | mənbəni redaktə et]

Tatyana Deniskina, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, Mali yığmasını 13:7 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]