Tatyana Samoylova

Tatyana Samoylova (rus. Татья́на Евге́ньевна Само́йлова; d. 4 may 1934, Leninqrad, RSFSR, SSRİ – 4 may 2014[1][2], Moskva, Rusiya) — Rusiyanın Xalq artisti (1992)[3]

Tatyana Samoylova
rus. Татья́на Евге́ньевна Само́йлова
Doğum tarixi
Doğum yeri Leninqrad, SSRİ
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Atası Yevgeni Samoylov
Fəaliyyəti teatr aktrisası, kino aktrisası, aktrisa
Fəaliyyət illəri 1955—2008
Təhsili
  • Boris Şukin adına Teatr İnstitutu[d] (19531956),
  • Rusiya Teatr Sənəti Universiteti[d]
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
"Şərəf" ordeni (Rusiya) "Şərəf nişanı" ordeni
"Dostluq" ordeni (Rusiya)
IMDb ID0759967
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tatyana Samoylova 4 may 1934-cü ildə Leninqrad şəhərində anadan olmuşdur.[4]

Atası Yevgeni Samoylov məşhur aktyor, anası isə Polşa yəhudisi olan Zinaida Levinoy mühəndis idi. Aleksey adında qardaşı da vardı. 1937-ci ildə ailələri Moskvaya köçür. Tatyana məktəbə getməklə yanaşı, baletlə də məşğul olur. Məşhur balerina Maya Plisetskaya onun istedadını görür və Böyük Teatrın nəzdində balet məktəbində oxumağa dəvət edir. Amma atasının oynadığı rollarla tərbiyələnən Tatyana aktrisa olmaq istəyirdi. Elə bu istəklə də 1953-cü ildə B. Şukin adına Teatr Məktəbinə daxil olur. Lakin burada cəmi üç il təhsil alır. Məktəbdə gələcəyin məşhur aktyoru Vasili Lanavoyla tanış olur. Tanışlıqlarının maraqlı tarixçəsi də var. Bir dəfə Vasili ona yaxınlaşıb soruşur ki, "sən kimsən?". Tatyana da cavab verir ki, "mən atamın və anamın qızıyam". Beləliklə, məhəbbətləri başlayır və onlar evlənirlər.[4]

1955-ci ilin yayında Tatyana "Meksikalı" filmində Mariya roluna dəvət alır. Çəkilişlər Odessada aparılır. Həmin dövrdə tələbələrə təhsil ala-ala kinoya çəkilmək qadağan idi. Qadağanı pozanların diplom işi qəbul olunmurdu. Tatyana məktəb rəhbərliyinin qəzəbinə tuş gəlir və 1956-cı ildə təhsil ocağını tərk edir.[4]

Həmin il rejissor Mixail Kalatozov "Durnalar uçur" filmini çəkməyə başlayır. Baş rola əvvəlcə sovet kino ulduzu Yelena Dobronravova nəzərdə tutulsa da, ikinci rejissor istedadlı tələbə Tatyananı filmə dəvət edir. Tatyana Veronika roluna çəkilir və bununla da sənət ulduzu parlayır. Dramaturq Viktor Rozovun "Əbədi sağ olanlar" pyesinin motivləri əsasında çəkilən "Durnalar uçur" filmi böyük şöhrət qazanır. Ekran əsəri 1958-ci ildə Kann kinofestivalının baş mükafatına ("Qızıl palma budağı"), Tatyana isə "Ən təvazökar və cazibədar aktrisa" adına layiq görülür.[4]

Şöhrət tacı ilə Moskvaya qayıdan Tatyana Dövlət Teatr Sənəti İnstitutuna (QİTİS) qəbul olunur, Mayakovski və Vaxtanqov teatrlarında işləməyə başlayır. Bundan sonra bir neçə filmdə ("Göndərilməyən məktub"da Tanya (1959), "Luis Qarros dost axtarır"da Nataşa (1960) və s.) çəkilir. 1967-ci ildə "Anna Karenina" filmində baş rolu ilə yenidən diqqət mərkəzinə gəlir. Sonralar müəyyən fasilələrlə daha 10-dan çox filmdə rol alır.[4]

Sənət həyatı uğurlu olsa da, şəxsi həyatı barədə bunu demək mümkün deyil. 1958-ci ildə o, Vasilidən ayrılır. Tatyana bu ayrılığı Vasilinin həddindən çox işləməsi, evdə az-az olması ilə izah edir. Anası Tatyanaya məsləhət verir ki, ailəsini qorumaq istəyirsə, bir müddət ayrı yaşasınlar. Cütlük də özlərini sınamağa qərar verir, amma nəticəsi olmur və evlilik sona çatır.[4]

Məşhur aktrisa bundan sonra daha üç dəfə ərə gedib. 1959-cu ildə Parisdə "Luis Qarros dost axtarır" adlı sovet-fransız filmində Nataşa roluna çəkilir və Fransaya ikinci həyat yoldaşı, yazıçı Valeri Osipovla gedir. Onlar birgə 10 il ömür sürürlər.[4]

Sonra Tatyana işlədiyi teatr studiyasında inzibatçı çalışan Eduard Moşkoviçlə ailə qurur. 1969-cu ildə Dmitri adlı oğulları dünyaya gəlir. Beş il yaşadıqdan sonra ayrılırlar. Aktrisa sonuncu dəfə jurnalist və rejissor Solomon Şulmanla ailə həyatı qurub, lakin bu evlilik də cəmi dörd il davam edib.[4]

Rusiyada tibb təhsili aldıqdan sonra ABŞ-yə işləməyə gedən və orada evlənən oğlu Dmitridən bir nəvəsi var.[4]

Ömrünün son illərində bir müddət xəstəlikdən əziyyət çəkib, müalicə almışdır.

4 may 2014-cü ildə 80 illik yubileyi günündə vəfat etmişdir.

Bir çox mükafatlara, Rusiyanın xalq artisti adına (1992) layiq görülmüşdür.

  1. "4 мая 2014 года в день своего 80-летия в 23:30 скончалась народная артистка России Татьяна Самойлова". 2014-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  2. "Скончалась народная артистка России Татьяна Самойлова". ИТАР-ТАСС. 5 мая 2014. 2014-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
  3. Почётное звание присвоено указом президента РФ № 603 от 10 июня 1992 года
  4. 1 2 3 4 5 6 7 8 9 Səbinə Əlibalaqızı. Bir gözəl rus ilahəsi… [ölü keçid] medeniyyet.az, 08.05.2013 (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]