Taupo

Taupo (ing. Taupo) — Yeni Zelandiyanın Şimal adasında yerləşən eyni adlı vulkanın kalderasında yerləşən şirinsulu göl. Gölün şimal-şərq sahillərində Taupo şəhəri yerləşir. Göldə yerləşən ən böyük ada Matutaikodur. Göldən ölkənin ən böyük çayı Uaikato başlayır. Gölə ümumilikdə 30 çay tökülür. Ən dərin nöqtəsi gölün mərkəzində yerləşir. Taupo Yeni Zelandiyanın ən böyük gölüdür[1]. Üstəlik həm də Sakit okeanAvstraliya regionunun cənub hissəsinin ən böyük şirinsulu gölüdür.

Taupo
ing. Taupo Lake
Ümumi məlumatlar
Mütləq hündürlüyü 368 m
Eni 33 km
Uzunluğu
  • 46 km
Sahil uzunluğu 153 km
Sahəsi 616 km²
Həcmi 60 km³
Dərin yeri 164 m
Orta dərinliyi 91 m
Şəffaflığı 21 m
Yerləşməsi
38°49′00″ c. e. 175°55′00″ ş. u.
Ölkə  Yeni Zelandiya
Taupo xəritədə
Taupo
Taupo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səthinin sahəsi 616 km², maksimal dərinliyi 164 m, uzunluğu 44 km, sahil xətdinin uzunluğu 153 km, su hövzəsi 3327 km²[2] təşkil edir.

Göl 27 000 il öncə Taupo vulkanının püskürməsi nəticəsində meydana gəlmişdir. Gölün əsrarəngiz gözəlliyi istər yeni zelandiyalıları istərsə xariciləri özünə cəlb edir. İl ərzində gölü 1,2 milyon insan ziyarət edir. Gölün yaranması Jül Vernin «Kapitan Qrandın uşaqları» (1868) əsərində təsvir edilir.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Burada Blechnum filiforme, Асплениумы flaccidum, Doodia media, Hymenophyllum demissum, Microsorum pustulatumMicrosorum scandens bitki növlərinfən ibarət meşəliklər vardır.

Göldə yaşayan Salmo truttaOncorhynchus mykiss növlərinin nümayəndələri Avripa və Kaliforniyadan gölə gətirilmişdir.

  1. "Lake Taupo". wldb.ilec.or.jp. 2016-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-4-26.
  2. "World Lakes Database (old version) Full Details - Lake Taupo". wldb.ilec.or.jp. 2016-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-4-26.