Tavçe qravçe

Tavçe qravçe (mak. Тавче гравче) — tavada qızardılmış paxladan ibarət Şimali Makedoniya mətbəxinə aid yemək[1]. Serb mətbəxində buna bənzər prebranas adlı yemək də var[2][3].

Tavçe qravçe
Aid olduğu milli mətbəxlər
Mənşəyi
Tərkibi
Əsas
Digər mətbəxlərdə
Digər mətbəxlərdə prebranas (Serbiya)

Yeməyin adı iki sözdən ibarətdir: "tavçe" — xüsusi gil qab; "qravçe" isə — paxla mənasını verir[4]. Yeməyin "tavçedə qravçe" və "makedonsayağı paxla" kimi digər adları da var.

Hazırlanması üçün tetovas növündən olan böyük ağ paxladan istifadə olunur. Tetovas paxlası ölkənin şimal-qərbində yerləşən Tetovo şəhərində yetişdirilir.

Yeməyin tərkibinə ağ paxladan başqa girdə soğan, bitki yağı, qırmızı bolqar bibəri, həmçinin duz, istiot, cəfəri kimi müxtəlif ədviyyatlar da daxildir.

Hazırlanmamışdan əvvəl paxla şişənə və yumşalana qədər suda saxlanılır, sonra hazır vəziyyətə çatanadək qaynadılır. Paxla hazırlanana yaxın üstünə yağda az qızarmış soğan və ədviyyatlar əlavə olunur. Paxla hazır olan kimi yemək odadavamlı qaba — tavçeyə qoyulur və bişirilir. Yeməyə ət də əlavə oluna bilər[5].

  1. Большой Балкан // Гастрономический атлас. — Медиа Группа Династия. — № 3-4, лето 2014. — С. 61. — 100 с.
  2. "Пребранац — Запечённая Фасоль По-Сербски". 2014-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
  3. "Гравче на тавче". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
  4. Наталья Ильина. Удивительная Македония. Litres. 2013. ISBN 9785457257344. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.
  5. "Гравче на тавче (запеченная фасоль)". 2013-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]