Tava kosi

Tava Kosi (alban. Tavë kosi) Albaniyada olan milli yemək. Albaniyanın Elbasan şəhərində daha çox məşhurdur[1].

Tava kosi
Mənşəyi

Yeməyin tarixi haqqında Albaniyada belə bir əhvalat danışırlar ki, 1452-ci ildə Osmanlı sultanı II Mehmed Albaniyanın Kruya şəhərini mühasirəyə almağa gəlir. Osmanlı sultanı Kruya yaxınlığında düşərgə qurur. Burada yerli alban aşpaz köhnəlmiş qoyun ətini ədviyyatlar qataraq keçi südundən alınmış qatıqda bişirərək sultana verir. Alban aşpazın köhnə qoyun ətinin iyini itirmək üçun qatıq və ədviyyat əlavə etməklə hazırladığı bu yemək sultanın çox xoşuna gəlir. Sonralar sultanın düşərgə saldığı yerdə Elbasan şəhəri yaranır və alban aşpazın hazırladığı bu yemək isə "Elbasan güvəci" adını alır. Kruyer şəhərinin mühasirəsini bitirdikdən sorna sultan geri döndukdə bu yemək Osmanlı imperiyasının digər ərazilərindədə yayılır[2].

Tava Kosininin tərkibində qoyun əti, düyü , qatıqyumurta olur. Bütun bu qarışığı Ru (buğda unu və yağdan ibarət olur) adlı məhlulda bişirirlər[3][4].

Tava Kosi hazırlamaq üçun lazım olan ərzaqlar:

  • quzu: 500 qr
  • qatıq: 1 litr
  • Düyü: 1/2 fincan
  • yumurta: 3 ədəd
  • kərə yağı: 100 qr
  • un: 2 xörək qaşığı

Digər formaları və adları

[redaktə | mənbəni redaktə et]

Qoyun ətinin toyuq əti ilə əvəz edilmiş formasıda var vəTave Kosi me mish Pule adlanır .

TürkiyəYunanıstanda Elbasan tava (alb. Tavë Elbasani və ya Tava e Elbasanit) adı ilə də məşhurdur[5].

  1. "Arxivlənmiş surət". 2022-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  2. "Arxivlənmiş surət". 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-30.
  3. "Arxivlənmiş surət". 2015-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  4. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  5. "Arxivlənmiş surət". 2018-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.