Taxipnoe

Taxipnoe - yun. ταχύπνοια - tənginəfəslik deməkdir. Dəqiqəlik tənəffüsün sayının normadan artıq olmas ilə xarakterizə olunur. Normada insan bir dəqiqə ərzində 15-16 dəfə nəfəs alıb-verir. Tənəffüsün sayının 15-16 sikldən artıq olması taxipnoe adlanır. Bir neçə səbəbdən irəli gələ bilir. Bu və digər patoloji proseslər zamanı orqanizmin oksigenə olan təlabatı ödəmək üçün meydana çıxan bir kompensator haldır.